beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə tanışdı....
Mənə tanışdı....

Tanışdı mənə bu gedişin.
Fürsət bildiyin zamanları
boşuna keçirdiyinin fərqində olunca
vermişdin bu getmək qərarını.
Ürək döyüntülərin heca-heca
keşkələrə bölünüb vurunca
anlamışdın əslində getmək istəmədiyini.
Tanışdı mənə bu gedişin,
Aparacaqsan getdiyin yerlərə
geridə buraxdığını sandığın hər şeyi.
Xatirələrini belə,
Sevdiyin bir cüt gözə əmanət edə bilməyib
götürəcəksən özünlə.
Həyatı yenidən öyrənməyə zamanın qalmamış
deyə düşünərək
Gözləmək çətindir, yoxsa darıxmaq
sualına daha cavab axtarmayacaqsan.
Tanışdı mənə bu gedişin
Olan, bitən hər şeyin
və elə bu gedişin də sonuna
gözlə görünməyən nöqtə qoymusan əslində.


Tarix: 04.06.2015 / 16:47 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Nuranə Nur