Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Səhər.....
Səhər.....

Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər.


Tarix: 04.06.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Nuranə Nur
loading...