beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorulmuşam...
Yorulmuşam...

Göyü bürüyən buludlar kimi
Bəzən boşalmışam, bəzən dolmuşam.
Quzeydəsaxlanan soyuqlar kimi,
Bəzən sərinlənib, bəzən donmuşam.

Məni məndən alan qorxular kimi,
Sanma sevdiyimə peşman olmuşam.
Qarışıq dolaşıq yuxular kimi
Bil ki çarəsizəm, mən yorulmuşam.

Ən zəif, ən incə duyğular kimi,
Daşlara yazılan nağıl olmuşam
Yalnız sənin olan bu qəlb evimi
Tikandan, qanqaldan mən qorumuşam

Göylərdən süzülən yağmurlar kimi
Gah narın damla, gah sel olmuşam
Hər kəsdən hər yerdə mən öz sevgimi
Bütün yalanlardan mən qorumuşam


Tarix: 04.06.2015 / 16:42 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Nigar Duyğu