beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevirəm ey həyat – Nazpəri Dostəliyeva

Bir payız axşamı yağırdı gur yağış,
Saplandı könlümə alovlu bir baxış.
Qamaşdı gözlərim baxdıqca ona,
Gözlərdə nə əfsun, gözlərdə nə məna!

Bir payız axşamı iki qəlb bir oldu,
Buludlar dağıldı, dəryalar duruldu.
Nəğmələr söyləyir yer mənə, göy mənə.
Sevirəm, ey həyat, sirrini ver mənə!


Tarix: 22.01.2015 / 18:40 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Nazpəri Dostəliyeva