Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nazpəri DostəliyevaSevirəm ey həyat – Nazpəri Dostəliyeva

Bir payız axşamı yağırdı gur yağış,
Saplandı könlümə alovlu bir baxış.
Qamaşdı gözlərim baxdıqca ona,
Gözlərdə nə əfsun, gözlərdə nə məna!

Bir payız axşamı iki qəlb bir oldu,
Buludlar dağıldı, dəryalar duruldu.
Nəğmələr söyləyir yer mənə, göy mənə.
Sevirəm, ey həyat, sirrini ver mənə! Ardı »

Nazpəri DostəliyevaÖmrümün istəyi – Nazpəri Dostəliyeva

Həzin bulaq kimi
Sönməz çıraq kimi
Sevgim gələr dilə, yar.
Hicran gəlib getməz
Coşan könlüm dinməz
Bunu heç kim bilməz, yar…
Sənsiz yanar ürək,
Susar arzu, dilək.
Dönər solğun gülə…

Ömrümün qisməti, sevgimin həsrəti, dilimin əzbəri, gəl.
Yoruldu gözlərim, qırıldı sözlərim, silindi izlərin, gəl.
Həsrət qəlbim dolar, açan gülüm solar, ömrüm xəzan olar, gəl.
Həsrət qəlbim dolar, açan gülüm solar, ömrüm xəzan olar, gəl. Ardı »

Nazpəri DostəliyevaNeyləyim – Nazpəri Dostəliyeva

Qatdi bashimizi sevginin dadi
Oten gunlerimiz soyle hardadir?
Ureye yazildi hicranin adi
Elimden ne gelir, neyleye billem??

Men Seni sevmishem,ozumde bilmeden,
Elimden ne gelir, neyleye billem?
Yashaya bilmerem Seni sevmeden,
Elimden ne gelir, neyleye billlem?

Sen menim elchatmaz mehebbetimsen,
Amandir Sevgilm, goze gelersen..
Hicrana, hesrete dozmeyib, olsem
Elimden ne gelir, neyleye billem? Ardı »