beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müzəffər Nəsirli

Həyatı
1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan (şəhəri)ndə ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1925-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. İlk şerlərini "Şərq qapısı" (Naxçıvan), "Qızıl şəfəq" (Yerevan) qəzetlərində dərc etdirmişdir. "Azadlıq günəşi", "Qanlı qanunlar", "İntiqam" adlı ilk pyeslərini qələmə almışdır. Naxçıvan və Qərbi Azərbaycan kənd məktəblərində müəllimlik etmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.

1936-cı ildən Yerevan Pedaqoji texnikumunda, 1938-1941-ci illərdə isə Ermənistan K(b)P MK-nın yanında Kommunist Universitetində və Yerevan Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində ön cəbhədə olmuş, ağır yaralanmışdır (1941-1945). Tərxis ediləndən sonra Naxçıvan Dövlət Qiyabi İnstitutunda müdir müavini, eyni zamanda dil və ədəbiyyat fakültəsinin dekanı işləmişdir. 1950-ci ilin oktyabrından həmin institutda elmi-tədris işlər üzrə müdir müavini olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik etmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

1971-ci ilin iyun ayında Azərbaycan Sovet yazıçılarının və SSRİ Yazıçılarının qurultaylarında iştirak etmişdir. Xidmətlərinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, iki dəfə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və on bir medalla təltif olunmuşdur.

1980-ci il yanvarın 1-də vəfat etmişdir.

Yaradıcılığı
İxtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur (1982-1991). İlk məqaləsi 1955-ci il dekabrın 11-də "Ədəbiyyat və İncəsənət" qəzetində çıxmışdır. C.Məmmədquluzadənin "Dram və nəsr əsərləri" adlı tərtib etdiyi ilk kitab nəşr olunmuşdur (1958). Bundan sonra tərtib etdiyi kitablar: İsmayıl Katibin "Şerlər və poemalar"ı (1960), M.Ə.Sabirin üç cilddə "Hop-hopnamə"si (1962-1965), "Məktəb şərqisi" (1962), "Seçilmiş əsərləri" (1976), "Hop-hopnamə"si (1980-1992), "XX əsr Azərbaycan poeziyası" (1988), "Azərbaycan ədəbi tənqidi (XX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri) müntəxəbatı (2000) və bir sıra tədris proqramları nəşr etdirmişdir. İlk məqaləsi 1955-ci il dekabrın 11-də "Ədəbiyyat və İncəsənət" qəzetində çıxmışdır. C.Məmmədquluzadənin "Dram və nəsr əsərləri adlı tərtib etdiyi ilk kitab nəşr olunmuşdur (1958). Siyasi və Elmi Bilikləri yayan Cəmiyyətin üzvü kimi Azərbaycan rayonlarında mühazirə oxuduğuna, elmi bilikləri yaydığına görə Ümumittifaq "Bilik" Cəmiyyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1961-1980).


Tarix: 28.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Naxçıvan MSSR