Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Naxçıvan MSSRMüzəffər Nəsirli

Həyatı[redaktə]
1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan (şəhəri)ndə ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1925-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. İlk şerlərini "Şərq qapısı" (Naxçıvan), "Qızıl şəfəq" (Yerevan) qəzetlərində dərc etdirmişdir. "Azadlıq günəşi", "Qanlı qanunlar", "İntiqam" adlı ilk pyeslərini qələmə almışdır. Naxçıvan və Qərbi Azərbaycan kənd məktəblərində müəllimlik etmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.

1936-cı ildən Yerevan Pedaqoji texnikumunda, 1938-1941-ci illərdə isə Ermənistan K(b)P MK-nın yanında Kommunist Universitetində və Yerevan Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində Ardı »

Naxçıvan MSSRSənubər Kərimova

Həyatı[redaktə]
Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965-1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1975-1976 illərdə redaktor müavini və 1976-1985 illərdə redaktor işləmişdir, eyni zamanda 1976-1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1985-1993 illərdə Naxçıvan Muxtar Respublikasının Sosial Təminat naziri vəzifəsində olmuşdur. 1993-2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur (1975-1990).

2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu "Folklor sarayı"nın nəşri olan "Dədə Qorqud" almanaxının əməkdaşıdır. Ardı »

Naxçıvan MSSRAbbas Zamanov (general)

Zamanov Abbas Məmmədtağı oğlu - Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).

Həyatı[redaktə]
Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni çamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944-1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur.

1945-1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949-1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Ardı »

Naxçıvan MSSRAfiyəddin Cəlilov

Cəlilov Afiyəddin Cəlil oğlu (8 yanvar 1946 - 29 sentyabr 1994) — Azərbaycanın dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır.

Həyatı[redaktə]
1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir.

1969-1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973-1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çaklşmlş, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ MK katibi işləmişdir. Afiyəddin Cəlilov 1979-1981-ci illərdə AKP MK-nın təlimatçısı işləmişdir. 1981-1989-cu Ardı »

Naxçıvan MSSRHeydər Qazıyev

Heydər Qazıyev Əhməd oğlu (28.5.1909, indiki Kəngərli r-nunun Şahtaxtı k. -3.3.1988, Bakı) — baytar həkimi. Baytarlıq elmləri namizədi (1949). Azərb. Respublikası əməkdar baytar həkimi (1955).

Həyatı[redaktə]
Zaqafqaziya Zoobaytarlıq İn-tunu (İrəvan) bitirmişdir (1932). Nax. MSSR Xalq Torpaq Komissarlığında, Azərb. SSR Xalq Torpaq Komissarlığının baş baytarlıq idarəsində məsul vəzifələrdə çalışmışdır (1932-60). 1961-66 illərdə Nax. MSSR Nazirlər Soveti sədrinin birinci müavini-kənd təsərrüfatı naziri olmuşdur. 1966 ildən Azərb. Elmi Tədqiqat Baytarlıq İn-tunun elmi katibi işləmişdir. Nax. MSSR Ali Sovetinin deputatı seçilmişdir (1962-66). Orden və medallarla təltif edilmişdir. Ardı »

Naxçıvan MSSRVahid Bağırov

Həyatı[redaktə]
Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Naxçıvan MSSR Ali Soveti Riyasət heyətinin 19 avgust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə seçmişdir. 3-cü çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.1980-ci ildə jurnalist Ardı »

Naxçıvan MSSRŞəmsəddin Xanbabayev

Həyatı[redaktə]
Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, Ardı »