beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgiler...

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.



Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.



Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.



Sevgi vardır bizə çox dadlı əməllər gətirir,

Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.


Tarix: 19.11.2013 / 03:51 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Mikayıl Müşviq