Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Mikayıl MüşviqKUSMEREM...

Mən şirin ləhcəli bir bülbüləm ki,

Güllərdən küsərəm, səndən küsmərəm!

Məni öz canından artıq istəyən

Ellərdən küsərəm, səndən küsmərəm!



Gözlərin misaldır axan çaylardan,

Kirpiyin oxlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən küsərəm, səndən küsmərəm!



El içində bizə derlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən küsərəm, səndən küsmərəm! Ardı »

Mikayıl MüşviqSeninçün

O gün ki hicrana uğradı yolum
Qırıldı qanadım,qırıldı qolum.
Felekden bac verib,bac alan könlüm 
İndi uşaq kimi ağlar seninçün.
Gül gülü çağırır,çiçek çiçeyi,
Güler aşiqlerin qönçe dileyi.
Sen neçin yıxırsan bu şux üreyi?
Qelbimin çeşmesi çağlar seninçün. Ardı »

Mikayıl MüşviqTELEFON SOHBETI

Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində baq,
Ürəkdən saçılan sözlərin mənə.

Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.

Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!

Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.

Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə. Ardı »

Mikayıl MüşviqYenə O Bağ Olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi Ardı »

Mikayıl MüşviqGeceler...

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...



Gecə sakit... düşüncəm sakit deyildir Ardı »

Mikayıl MüşviqXeyalim

Menim xeyalımda vardır her zaman
Qartal tebietli bir insan olmaq.
Seslenib,səslənib dağlar başında
esen küleklerle hemzeban olmaq.

Men ömrümde kimsede bir söz qeul etmeim,
Arzularım görmədi nə zəncir, nə də mehbus
Dizlerimi büküb de secdeye öyretmedim,
Bir qartala çocuqken uçuşda oldum evez.

Yarpağa bir aşiyan seher buludlarından
Göylere baş qaldıran dağların zirvesinde
Gergin qanadlar çalıb bir bahar rüzgarından,
Dolaşmadım heyatın qısıq çerçivesinde.

Bir şair qelbi kimi, evet, menim de qelbim
Reqs eyledi heyatın dalğaları üzerinde.
Seslendi perde-perde ruhumdakı rübabım
Heyatın keçidinde, dağlığında, düzünde.

evet, insan odur ki, zülmet ile varlığı
Boğan iztirabların altından ayrılıb da,
Ölürken bele hetta unudar mezarlığı,
Neşe Ardı »

Mikayıl MüşviqKulekler

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!



Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!



Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!



Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər! Ardı »

Mikayıl MüşviqDuygu Yarpaqlari...

Men bir yukselisin sevdasindayam,
Sinifler doyusu dunyasindayam.
Insani, zehmeti qiymetlendiren ,
Yaxsi adamlarin sirasindayam.

Men gencem bilirem istiqbalim var,
Hele bedr olmamis bir hilalim var.
Yelkenim acilir, qara yel esme,
Menim bu deryada bir sandalim var.

Beser bir-birile qanli bicaqdir,
Azadliq anadir,dunya usaqdir.
Sefil ovladini bu ana bir gun,
Oz istiqoynunda oxsayacaqdir!

Nedir hakim olub koks daglamaq
Ellere ,qollara zencir baglamaq?
Yasli bir ananin saclari kimi,
Nedir mehkum olub sesiz aglamaq?

Yazmaram ureyim sizi anmasa,
Sizin esqinizle alovlanmasa,
El kesib qarsimi burdaca sordu:
Gozden yas cixarmi urek yanmasa? Qonce acilarmi,bahar olmasa,
Sole titreyermi, ruzgar olmasa?
Bu negme ruhumdan qoparmi
bilmem,
Mene ilham veren dostlar olmasa?! Ardı »