beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Astiaq - Hakimiyyəti

Astiaq – (Herodotda Ἀστυάγης – Astiaqes, Ktesidə Astyigas, Diodorda Aspadas, Akkad dilli mənbələrdə Ištumegu, fars dilli mənbələrdə Ištovigu) – Midiya dövlətinin e.ə. 585 – 550-ci illərdə hakimiyyətdə olmuş sonuncu hökmdarı, Kiaksarın oğlu. O, e.ə. 550-ci ildə fars şahzadəsi, nəvəsi olan II Kir tərəfindən devrilmiş və bununla da Midiya dövlətinin varlığına son qoyulmuşdur. Prof. Q. Qeybullayev Astiaqı "türklərin tarixində qara səhifə açmış" hökmdarlardan sayır. Hakimiyyəti
Astiaq 585–ci ildə Midiya və Lidiya arasında beş illik müharibənin sonu olan Pteria döyüşündən [Mənbə göstərin] sonra hakimiyyətdə atasını əvəz etmişdir. Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə bigə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin Asma Bağlarını inşa etdirmişdi.

Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı Kroesusun bacısı Arienis ilə evlənmişdi. Astiaqın tacqoyma mərasimi atasınn ölümündən bir il sonra keçirilmişdi. Onun qızı Amitis isə fars şahzadəsi, I Kambizə ərə verilmişdi.

Astiaqın hakimiyyəti dövrü daha çox iki şeylə daimi stabil vəziyyət və inkişafla yadda qalmışdır. Həmin dövrdə imperiya şərqində, dünyanın ən qədim ilahi dinlərindən olan Zərdüştlük təşəkkül tapmış, qərbində Kroesus tərəfindən tanınmış filosoflar (Tales, Solon, Aesop və s.) himayə edilmiş, həmçinin Navoxadonnozor Babil şəhərini inkişaf etdirərək qədim dünyanın ən böyük şəhərlərindən birinə çevirmişdir.

Otuz iki ildən sonra Astiaq nəvəsi II Kirə qarşı olan müharibədə, əksər maday zadəganlarının dəstəyini itirir (bir çoxunu etdiyi hərəkətlərlə özünə qarşı qoymuşdu) və bu da onun müharibədə məğlub olaraq hakimiyyəti itirməsin və Midiya dövlətinin süqutuna səbəb olur. Ksenofonun Kiropediya əsərində də qeyd edildiyi kimi hakimiyyət madaylardan, farslara keçir.


Tarix: 27.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Midiya