beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər, arıqlamaq üçün bunları mütləq edin

Arıqlamağın çətinliyindən qorxub bu arzularını reallaşdırmağı sabaha saxlayan bəylərimiz, gözünüz aydın! Bu məqalədə siz arıqlamağın ən asan metodlarını öyrənəcəksiniz. Sağlam yaşamaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq mütləqdir. Bunun üçün əvvəlcə həkiminizlə məsləhətləşib özünüzə uyğun pəhriz planı, sonra isə məşqçinizlə danışıb xüsusi idman qrafiki qurmalısınız. Məşq etməyə başlayadan sonra bədəninizdəki dəyişiklikləri görəcəksiniz.

Arıqlamağın ən asan yolu nədir?

Əslində sizi neçə kilo olduğunuz deyil, çəkinizin neçə faizinin piy olmağı maraqlandırmalıdır. İdman edərək arıqlamaq istəyirsinizsə, itirəcəyiniz kilolar əzələlərinizdən yox, piy qatınızdan olmalıdır. Həmçinin qəbul etdiyiniz kalorinin itirdiyiniz kaloridən az olmasına xüsusi diqqət yetirməlisiniz. Bunun üçün aşağıdakı 3 addımı mütləq atmalı, hətta onları həyatınızın bir parçasına çevirməlisiniz.
• Hər hansı müntəzəm məşq proqramına başlayın.
Bura gəziş, rəqs,velosipedlə gəzinti, qaçış, üzüçülük və ya ürək döyüntüsünün sürətini artıran digər fəaliyyətlər daxildir. Bunlardan davamlı məşğul ola biləcəyiniz, etməkdən xüsusi həzz aldığınız bir idman növünü mütləq seçməlisiniz. Bunlarla nə qədər çox məşğul olsanız, o qədər efektli nəticə əldə edərsiniz. Əks halda bu strategiya istədiyiniz təsiri verməyəcək.
• Müəyyən müddətlik dieta proqramı əvəzinə ömürboyu riayət edə biləcəyiniz bir qida planı hazırlayın.
Daha çox meyvə, tərəvəz, toyuq əti, kartof, yağsız süt məhsullarından istifadə edin. Alış-veriş edərkən aldığınız məhsulların tərkib etiketinə baxmağı unutmayın. Adətən məhsulun tərkibindəki yağı azaldanda, karbohidratı çoxaldırlar. Onu da bilin ki, 1 qram yağ 9 kalori, 1 qram karbonhidrat ya da protein isə 4 kaloridir.
• Əzələ gücləndirici məşq proqramlarına riayət edin. Belə proqram nəinki əzələlərinizin yığılmasında və güclənməsində sizə kömək edəcək, həm də metobolizminizi sürətləndirərək, sizi artıq kalorilərdən qurtaracaq.
“Bəs, yalnız bədənimin müəyyən hissələrində yığılan piydən can qurtarmaq istəyirəmsə?”
Bir insanın bədəninin xüsusilə müyəyyən hissələrində piy yığılırsa, bunu tamamilə həmin insanın cinsilə, bədən tipi və genetik kodlarıyla əlaqələndirmək olar. Ölkəmizdə kişilərdə piylənmə əsasən qarın, qadınlarda isə bud və çanaq nahiyəsində müşaət edilir. Əfsuslar olsun ki, arıqlayarkən dəyişiklik də ən son bu nahiyələrdə bilinir. Ancaq təəssüflənməyə dəyməz! Kişilərin qadınlara nisbətən daha geniş əzələ qatı olduğundan onlar daha sürətli arıqlaya bilərlər.
Onu yadda saxlayın ki, müəyyən bədən nahiyələrimizi hədəfləyən hərəkətlər həmin bölgələrdəki piy qatına təsir etmir, əksinə ordakı əzələ qatı daha da qüvvətlənir və sıxlaşır. “İdman edirəm, amma, sanki, getdikcə şişirəm” deməyin. Əvvəlcə özünüzə uyğun bir pəhriz proqramıyla arıqlayın, daha sonra əzələlərinizi qüvvətləndirməyə başlayın!
Unutmayın, sizdə daha tez alınacaq! Uğurlar!


Tarix: 07.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Metroseksual