beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli letifeler 2015

Bir gün dəlixanada dəlilərdən biri özünü Peyğəmbər elan edir və bir dəlidən başqa hamısı onun yanına toplaşır. Həkimlər bu dəlidən soruşur. Bəs sən niyə getmirsən peyğəmbərin yanına? Dəli cavab verir. Mən ona Peyğəmbərlik verməmişəm.

Bir gün dəlilər divarı qaşıqla oyur və bu deşiyə baxırlar. Həkimlərdən birinə maraqlı gəlir baxmaq istəyir. O da sıraya durub öz növbəsini gözləyir. Baxır heç nə görmür və burda heç nə görsənmir axı deyir. Dəli cavabında :- Biz saatlarnandı baxırıq görmürük sən 1 dəfə baxan kimi görmək istəyirdin? deyir.

Dəlixanada həkimlər ən ağıllı dəlini seçmək istəyir. Dəlilərdən biri hovuzda boğulanda o biri onu qurtarır. Həkimlər onu seçir və deyir ki, qurtardığın dostunu çağır sənə sağ ol desin. O da cavab verir: - Hələ gələ bilməz asmışam ki,qurusun :)

Bir şəxs həkimə sual verir:
-Xəstənin dəli olduğunu necə bilirsiz?
-Vannanı su ilə doldururuq xəstəyə 1 qaşıq, 1 fincan, 1 də vedrə veririk və deyirik ki,hansı ilə boşaldarsan?
-Hə, anladım normal şəxs vedrəni seçər
-Xeyr, normal şəxs vannanın tıxacını cıxardar.

Bir gün 1 tələbə bufetdə yer tapmır və yeməyini götürüb müəlliminin stolunda əyləşir. Müəllim deyir:
-Öküzlərlə quşlar eyni stolda yemək yeyə bilmez
Tələbə:
-Onda mən uçdum
Səhəri gün yoxlama olur tələbə bütün suallara düz cavab yazır müəllim onun vərəqini görüb deyir
-Bir sual verəcəm yaxşı cavab versən imtahannan keçəcəksən yolda bir torba qızıl, bir torba ağıl görsən hansını seçərdin?
-Qızılı.
-Mən olsam ağılı.
Tələbə:
-Kimdə nə çatmırsa onu seçərdəəə...!
Səhəri gün cavablar çıxanda tələbə öz vərəqinin altında öküz yazıldığını görür vərəqi götürüb müəllimin otağına gedir
-Ay müəllim vərəqə imzanızı çəkmisizə bəs qiymətim hanı? :)

Müəllim bir gün xarici sözləri izah edir
-Anonim özünün tanınmamağını istəyən şəxs deməkdir. uşaqlar kimdi o gülən?
Uşaqlardan biri:
-Anonim bir şəxs.

Bir gün müəllim biologiyadan imtahan edir və hərəyə 1 preparat verir, preparatda başqa-başqa həşaratların ayağı olur.Tələbələrdən biri baxır və tapa bilmir qapını çırpıb gedir.Müəllim başı aşağı olduğundan görmür və deyir
-Qapını çırpıb gedən kimsən? 2 alırsan
Tələbə qapını aralayıb ayağını içəri salır və deyir
-Tap görüm mən kiməm? :)

Bir gün şagird gəlib müəlliməsinə ağıllı olduğunu və 1 sinif yuxarı keçmək istədiyini deyir. Müəllimə onu müdirin yanına aparır.Müdir 1 neçə sual verir və şagird cavablayır
-6 x 6=?
-36.
-Yaponiyanın paytaxtı?
-Tokio.
Belə 1 saat sual cavabdan sonra müəllimə deyir
-Ay müdir olar 1 neçə sualda mən verim?
Müdir: Buyur deyir və müəllimə də şagirdə suallar verir
-İnəklərdə 4 məndə 2 dənə olan nədi?
-Ayaqlar.
-Sənin şalvarının içində olub mənim şalvarımın içində olmayan nədi?
-Ciblər.
-Qadınların tüklərinin ən qıvrım olduğu yer haradı?
-Afrika.
Müdir sualları eşitdikcə dəli olur.
-Yumşaq olub qadınların əllərində sərtləşən?
-Pilka.
-Subay 1 qıza görə evli qadında daha geniş olan?
-Onun yatağı.
-Vücudumun ən nəmli yeri?
-Diliniz.
Müdir dayana bilmiyib testi saxlayır və deyir:
-Mən bu uşaği 1 sinif yuxarı yox, universitetə göndərirəm.Çünki mən bütün sualların cavabını səhv bilirdim :)

Müəllim tələbəyə sual verir
- Dəniz niyə duzdudu?
Tələbə:
- Balıqlar sürətlə üzdüyü üçün çox tərləyirlər ona görə :)

Bir gün məktəbə yoxlama gəlir.
Müəllim savadlı olan Turala: - Yoxlama nə sual versə düz cavab ver- deyir.
Tənbəl olan Ruslana - Tural sənə nə desə onu təkrar elə.
Yoxlama gəlir.
-Amerikanın prezidenti kimdi?
Tural - Barak Obama
-Neçənci ildə Türkiyə fəth edilib?
-1453-cü ildə.
-Yerdən başqa həyat olan planet var?
-Bilinmir amma müzakirə olunur
Ruslana sual verir.
-Adın nədi bala?
-Barak Obama.
-Neçənci ildə doğulmusan?
-1453-də.
-Ay bala dəlisən sən?
-Bilinmir ama müzakirə olunur :)


Tarix: 29.03.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 480 Bölmə: Maraqli statuslar