Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməli Statuslar 2015 / Maraqlı statuslar FB

Bir gün üzündən sərxoşluq yağan bir nəfər, mağazaya gəlir. Satıcıya deyir ki, mənə bir dənə balaca araq ver, 150 qram da kolbasa, amma bax ha, kolbasa halal olsun.

Intizar küçəsi, həsrət döngəsi, məhəbbət məktəbi, eşq fakultəsi, *** kurs tələbəsi, Qırsaqqızov yapışqan, əlçəkməz oğlu

Gözlərini yum təsəvvür et ki, biz hamıdan uzaqda quşların səsinə, yarpaqların əsməsinə qulaq asırıq. Isti günəş bədənimizi qızdırır biz isə kartof yığırıq.

Atası bir gün oğlunu hirsli şəkildə çağırır və deyır: sən bu 2-ləri nə vaxt düzəldəcəksən! Oğlan cavab verir: neyniyime ata zəng vurulan kimi müəllim jurnalı özü ilə aparırda.

Əgər siz gözəl sözləri sms və ya söz vasitəsi ilə eşidmək istəyirsinizsə, gecə saat 3-də, ağlınıza gələn nömrəni yığın, və hardasan sözünü soruşun.

Məsləhət: Az konturla çox danışmaq istəyirsən? 2002-yə zəng elə, nə qədər istəyirsən danış.

Bütün xəyallarım suya düşdü, yaxşı ki, düşməmişdən əvvəl suda üzməyi öyrətmişdim.

Dərsi niyə oxumamısan? Işığımız yanmırdı: şam yox idi? Atam şam işığında TV-ə baxırdı.

Baharın gəlişində açan güllər var ha?, al əlvan rəngləri ilə yaşıl yarpaqları ilə sevgini anlatan, bax o güllərin tikanı gözünə girsin.

. Girdim bağa, gördüm yarım inək sağır. Yarım məni sevmirsə, inək mənə niyə baxır?

Dəvədən soruşurlar: Ay dəvə boynun niyə əyridir? Ay zalım balası: Haram düz idi ki?, boynum da düz ola?

Deyir qonşu qonşuya baxar. Amma bizim heç qonşumuz yoxdu bilmirəm hara baxım?

Qədim atalar sözü: Ac ol, kişi ol. Müasir atalar sözü: Ac olma, kişi olmasan da olar...

Onu bilirəm ki, heç nə bilmirəm. Onu da bilirəm ki, heç nə bilmədiyimi bilirəm.

Məhəbbət dənizində üzən eşq adlı gəminin sükanı ürək olsa da, kapitanı ağıl olmalıdır ki, Titanikin gününə düşməsin!

Bir gün biri yolnan gedəndə yıxılır. Duranda birdə yıxılır. Deyir: bilsəydim yıxılacaqdım durmazdım.

Hətta günəş bir gün çıxmağı, ay batmağı, sevgi gözəl hisslərini unutsa belə mən bu mesaja sərf etdiyim 11 konturu unutmaram.

Onа bаxmа, on birə bаx.

Sən 100% ağıllısan! Sən 100% gözəlsən! Sən 100% sevirsən! Sən 100% sevilirsən! Sən 100% xoşbəxtsən və 100% dəlisən ki, mənim dediklərimə inanırsan!


Tarix: 29.03.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 380 Bölmə: Maraqli statuslar
loading...