beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha yaxşı seks üçün nə yemək lazımdır?

Edilən son araşdırmalar bəzi vitamin və mineralların hormon səviyyəsini yüksəltdiyini, həssaslıq hissini və seks arzusunu fərqinə varılacaq ölçüdə artırdığını göstərir.

Çiyələk
Dolğun və sevimli kiçik çiyələklər onsuz da olduqca seksual bir görünüşə sahibdir. Amma bundan daha əhəmiyyətlisi çiyələklərin bol miqdarda antioksidan və qan dövranını sürətləndirən maddələr tərkibli olması və bunun da özünüzü çox enerjili hiss etmənizi təmin etməsi.

Yumurta
Qatı, qaynamış və ya omlet şəklində yediyiniz hər növ yumurta B6 vitaminləriylə dolu olaraq qabınıza gəlir. Bu vitaminlər, bədənimizin hormon tarazlığını nizamlayır və stresslə başa çıxmamıza köməkçi olur. Stressdən təmizlənmək və rahatlamaq da sağlam cinsəlliyin ilk addımıdır. Cinsi həyatınız çox da yaxşı getmirsə özünüzə bir omlet bişirin və işləri nizama qoymağa başlayın. Əgər yumurtadan xoşlanmırsınızsa yenə B6 vitaminindən zəngin olan; ispanaq, göy noxud, kök, buğda və ya balığı seçim edə bilərsiniz.

Ət
Ət sevənləri sevindirək: Dana və tünd rəngli ev heyvanlarına aid ətlər, sevişmə istəyini basqılayan “prolaktin” kimi hormonların istehsalına mane olur. Eyni təsiri ala biləcəyiniz qara düyü, lifli yaşıl tərəvəzlər, asan parçalanan pendir, üyüdülmüş çörək də sizə köməkçi olacaq.

Sarımsaq
Sarımsağın ən məhşur xüsusiyyəti nəfəsinizi saatlar sonra belə mitinqi dağıtmaya səbəb ola biləcək bir silaha çevirməsidir kimi düşünürsünüzsə, Yanılırsınız. Bunu bir tərəfə buraxsaq bu iti ləzzət başdan sona bədəninizdəki bütün qan dövranını sürətləndirib seks həyatınıza yeni bir dad gətirəcək. Təbii, seksdən bir neçə gün əvvəl yeyərsinizsə!

Şokolad
Qadınların böyük əksəriyyətinin özünü yaxşı hiss etmək üçün kakao məhsulu olan şokolada yönəlməsinin bir səbəbi var; Məzmunundakı “methylxanthine”, zövqdən başınızı çevirərək partnyorunuzun qollarınızda əriməsinə səbəb ola bilər. Bundan başqa “phenylethyamine” maddəsiylə tam mənasıyla ‘eşq təsiri’ yaradır. Yəni daha asan aşiq olursunuz.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqli Melumatlar