Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşağı kalorili pəhrizlərin zərərləri

Qadınları ən çox maraqlandıran bir mövzu da pəhrizdir! Heç düşündünüzmü etdiyiniz pəhrizlər sağlamdır ya yox ?
Arıqlamaq üçün hazırlanan pəhriz siyahılarında adamın gündəlik kalori ehtiyacı diqqətə alınmadan hazırlanan pəhrizlər ən çox 500 və 800 kalori arasındadır. İnsanın sağlam ola bilməsi üçün lazım olan vitamin və mineralların mütləq qəbulu şərtdir. Əgər qəbul olunmazsa arıqlamaq uğrunda insan sağlamlığını itirə bilər.
Aşağı kalorili pəhriz saxlayan insanlar sürətli kilo itirdiklərini zənn etsələrdə əslində itirdikləri şey yağ deyil bədən üçün lazımlı olan su və əzələdir. Pəhriz saxlamadıqları anda dərhal 1 - 2 gün içində verdikləri kilonu təkrarən geri alarlar.
Aşağı kalorili pəhriz tətbiq edənlərdə yorğunluq, halsızlıq olması çox normaldır. Çünki aldıqları kalori yalnız bədənin təməl ehtiyaclarını qarşılayacaq qədərdir. İtirdikləri əzələlər maddələr mübadiləsinin daha yavaş işinə səbəb olarkən bədəndə sallanmaların meyadana gəlməsində də ən böyük faktordur. Bədəni diri və tik tutan əzələ strukturlarıdır.
Bu pəhrizlərin digər pis tərəfi isə; baş ağrısı, kansentrasiya pozuqluğu, gərginlik, halsızlıq, qəbizlik, üşümə, quru dəri, və ağız içində yaranan ağ yaralardır.
Sağlam bir şəkildə kilo vermək həm maddələr mübadiləsi tarazlığınızı pozmaz həm də verdiyiniz kiloları təkrarən geri qaytarmaz.


Tarix: 25.11.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...