beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəhriz supu resepti

Tərkibi:
1 ədəd balaca kələm
4 ədəd pomidor
1 ədəd soğan
2 ədəd göy şirin bibər

Hazırlanması:
Kələm doğranılıb qazana tökülür. Üzərinə pomidor, bibər, soğan doğranıb tökülür. Sonra 1 litr su tökülüb pişməyə qoyulur.
Duz və yağ qəti tökmürük.

Sup hazır olduqda: Bir həftə gündə iki dəfə olmaqla bu supdan yeyirik.
1-ci gün: sup ilə 1 ədəd qaynadılmış kartof, 1 st. su, 1 ədəd yaşıl alma;
2-ci gün: sup ilə qaynadılmış toyuq filesi, su, 1 dilim qrefurt;
3-cü gün: sup ilə reçka, pomidor, su;
4-cü gün: sup ilə parda bişmiş kotlet, xiyar, su, 2 ədəd şaftalı;
5-ci gün: sup ilə duzsuz və yağsız plov, xiyar, alma, su;
6-cı gün: sup ilə ovişi alma, su, xiyar, pomidor;
7-ci gün: sup ilə göyərti salatı, sobada bişmiş kartof, su, banandan başqa istədiyiniz meyvə.

Bu pəhriz həftəyə 7 kilo arıqladır. Mən özüm də bu pəhrizdən saxladım. 1 ay bundan qabaq özümü çəkdim 62 kilo olmuşam. Az qaldı tərəzinin üstündən ürəyim getsin :( Bu pəhrizlə 7 kilo arıqladım, istədiyim çəkiyə sahib oldum...

Nuş olsun!


Tarix: 25.11.2014 / 11:22 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri