beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün seçilməyən pəhriz nələrə yol aça bilər?

Pəhriz necə secilməli?- Öncə aclıq qan şəkəri , xolesterol, triqliserid, hemoglobin, dəmir, tiroid hormonu testləri olunmalıdır.Əgər bu testlər hər hnası bir problemin oldugunu göstəririsə ( şəkər səviyyəsinin azlığı, tiroid hormon çatışmazlığı,dəmir əksikliyi və s.) dietolog və həkim birgə sizə uyğun pəhriz təyin etməlidir.

Hər hansl bir problem yoxdursa normal arıqlama programına başlaya bilərsiniz.Əgər çəkiniz hesablamada yaşınıza və boyunuza görə normaldadırsa gərəksiz yerə pəhriz saxlamaga ehtiyac yoxdur. 25,00 –dan yuxarıdırsa diyetə başlamaq olar.Yaxşı olar ki idel çəkinizi hesablayıb , öncədən neçə kilo verəcəyinizi qərarlaşdırın.Sağlıqlı pəhriz üçün aldığınız kalori miqdarini 500 kalori azaltmanız yetərlidir. Bu şəkildə həftədə yarım kilo arıqlamaq mümükündür.Ümumiyyətlə bir kg arıqlamaq üçün 7000 kalori " yandırmaq " lazımdır. Günlük alınan kalori miqdarı 800 dən aşağı olmamamlıdır.Əks halda arıqladıqdan bir müddət sonra itiridiyinzi çəki geri qayıdacaq. Pəhriz zamanı qida rasionunuzda ət , süd, meyvə, tərəvəz, çörək olmalıdırAz karbohidratlı qidalanmaq şərtdir.Şəkərli, unlu şirniyyatlar,ağ çörək azaldılmalıdır.Kartof, banan kimi şəkərlə zənguin qidalar da azaldılmalıdır.Lifli qidlar mütləq olmalıdır.Meyvəni qabıqlı yemək, tərəvəzlərə rasionda yer vermək lif ehtiyacını qarşılayar.Salatlara üstünlük verilməlidir. Hansı diyeta sağlıqlıdır ? Qısa müddətdə ( 10 gün ) bir neçə kilo veridrən dieta sağlıqlı ola bilməz, bu cür aldadıcı siyahılardan uzaq durun.Bu şəkildə itirilən çəki yağlar deyil, əzələ və su oldugundan , diyet dayandirildidan sonar itirilen çəki artıqlaması ilə geri qayıdır. Diyetada nələrə diqqət etməliyik ? Səhər yeməyi hər gün mütləq yeyilməlidir.Kalsium ehtiyacının ödənməsi üçün süd, yogurt, pendir alınmalıdır.Günorta yeməyi qüvvətli , axşam yeməyü yüngül olmalıdır.Çay və qəhvə yerinə hər gün 8-10 stəkan su içilməlidir Dieta saxlayarkən ən çox yol verilən yanlışlar ! images Tək tip qıda ilə bəslənmə: Sadəcə mineral su içmək, qarpız və ya qreyfurt yemək kimi . Bu şəkildə bəlkə sürətli şəkildə çəki itirərsiniz , lakin bu sağlıq problemlərinə yol açmaqla bərabər, sonradan kilolarınızı sizə geri gətirəcək. Çox aşağı kalorili diyetlər: Günlük 800 kalorinin altındaki pəhrizlər ürək ritmi pozulmaları,qanda potassium əksikliyi , halsızlıq,saç tökülməsi, menstruasiya dayanması kimi problemlərə yol açır. " Light qidalarla " aclığı basdırmağa çalışmaq.Bu qidların ( biskvit,keks, çipslər və s. ) da kalori dəyərinin oldugunu unutmayın .Məqsəd ac qalamq deyil, lazımı kaloridən daha artığından çəkinməkdir.bu cü rqidların yerinə quru çərəzlər ala bilərsiniz. İdman və fiziki işə ara vermək : Kilo verdikdən sonra yinə əvvəlki kimi qidlanmaga və idman məşğələlərini tərgitməyə başlasanız bir müddət sonar yenidən çəkiniz artmağa başlayacaq (Fiziki aktivlikdə kalori xərclənməsi : 10 dəq-də : Yerimək – 65 , Velosiped -120 ,Gimnastika -90 , Tenis – 80 , Rəqs – 60 ,Qaçmaq – 150 Üzmək-70 , Voleybol – 50 ) Yemək yeməyərək arıqlama : Bu yolla arıqlamq mümkündür,lakin bu cür vücudunuzdakı yağı vermirsiz.Məqsdə içə çəkini azlatmaq deyil, yağı " əritməkir” Neylon idman geymi geyib tərləmək : Bu metodlar tərləməyə və su su atılmasına səbəb olur. Yağ miqdarında azalma olmaz.


Tarix: 25.11.2014 / 11:16 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri