beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq havada üzə qulluq

Qarşıdan qış fəsli-soyuq, şaxtalı havalar gəlir.

Bu fəsildə dəriyə xüsusi qulluq lazımdır. Soyuqdan ən çox təsirlənən isə

açıq qalan üz dərisi olur. Soyuq fəsildə dəri yaydakı parlaqlığını və

canlılığını itirir. Küləyin təsirindən cild quruyur,

özünü müdafiə etmək qabiliyyətini itirir.

Qışda üzə qulluq yaydan tamamilə fərqlidir.

Ev şəraitində bir necə kiçik sirrə əməl etməklə, dəriyə yenidən

nəm və gözəl görüntü qazandırmaq isə elə də çətin deyil.

Evdə üzə qulluq üçün ən yaxşı vasitə zeytun yağıdır.

Bu yağ həm daxili, həmdə xarici sağlamlıq üçün əvəzedilməz vasitədir.

Həftədə bir dəfə 1 qaşıq zeytun yağı və bir yumurtanı qarışdıraraq

maska hazırlayın. Yaxşıca qarışdırılmış maskanı 20 dəqiqə üzdə

saxlayın və ilıq su ilə yuyun.

Bu maska ilə daha parlaq və az qırışmış

üzə sahib olmanızı asanlaşacaq.

Dərini təmizləmək üçün yerkökünü

zeytun yağı ilə, nəmləndirmək üçün isə yağ ilə

lmonu qarışdıraraq üzə sürtə bilərsiniz.

Qış günlərində dərinin ən yaxın dostlarından biri də kartofdur.

Kartofu yuyun və soyun. Onu dilimləyərək gözlərin üzərinə qoyun

və 30 dəqiqə saxlayın. Soyuq su ilə üzünüzü yuyun.

Gündə iki dəfə bunu etsəniz, bir həftə sonra göz altındakı

tünd halqaların necə yox olduğunu öz gözlərinizlə görəcəksiniz.

Təbii ki, yaxşı nəticə üçün idman, hərəkət və

sağlam qidalanmağı da yaddan çıxarmaq olmaz.

Fikirləriniz...


Tarix: 24.11.2014 / 16:32 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri