beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xüsusilə qışda saç qurutmaga diqqət!

Xüsusilə qış aylarında yaş saçla çölə çıxmaq və ya yatmaq migren, üz iflici, sinüzit və qripə səbəb ola bilir.
Yas saç heç də gözardı ediləcək bir mövzu deyil əslində ... Təxmin edə biləcəyinizdən daha cox narahatlığa səbəb ola bilir. Qışda saçları qurutmadan küçəyə çıxmaq, yaş saçlarla küləyə məruz qalmaq; migren, soyuq deyme və üz iflici kimi ciddi problemləri özü ilə gətirir. Gecə duşdan sonra saçları qurutmadan yatmaq da yaş saçla küçəyə çıxmaq qədər təhlükəlidir.
Yas saç migreni yaradır
Migren ağrıları, az qala 4 qadından birində görülən, hücumlar halında ortaya çıxan, başın bir hissəsini təsir edən, döyünmə və bulanma edə bilən ağrılardır. Saçı qurulamamaq, yaş saçla gəzmək, nadir də olsa migren ağrılarını başlada bilər. Memorial Xəstəxanası Nevrologiya Hissəsindən Uzm. Dr. Abdullah Özkardeş belə bir vəziyyəti təsbit edən xəstələrin, duşdan sonra saçlarını yaxşıca qurutması, duş sonrası nəmli saçlarla gezmemesin lazım olduğunu ifadə edir və əlavə edir: "Hemde duş qebul etməklə əlaqədar, digər bir ağrı növü vardır ki, bunların bir qisimi dərhal tibbi araşdırma və müalicə tələb edir (Bath related headache-BRH) "
Yaş saç üz iflicinə də səbəb ola bilir
Yas saçlarla, soyuq və küləkli havalarda gəzmək, yuxuya getmək, kondisioner qarşısında olmaq və ya hava axınının olduğu yerlərdə oturmaq, üz iflici kimi ciddi sayıla biləcək bir vəziyyətlə də nəticələnir. Üz siniri, üzün iki tərəfində də var və üzün mimika əzələlərinə onun tesiri altindadir. Yəni üz iflici olan bir xəstə, qaşını qaldıra bilməz, gözünü sıxa bilmez və ağzını büz bilmez. Bu vəziyyət ümumiyyətlə Bir muddet sonra yaxshilassada , dərman müalicəsi tələb edir və yaxşılaşma vaxt alir. Üzlə əlaqədar funksiyaların itkisinin ilə yanaşı estetik bir pozulma da yaradır. Qorunmaq üçün, saçların mütləq yaxşı bir şəkildə qurudulması lazımdır.
Sinüzit və qripin altında da yaş saç yatır
Yas saçın gətirəcəyi digər əhəmiyyətli bir sağlamlıq problemi də, grip infeksiyalar və sinüzitlerdir. Bunlar yenə müalicə tələb edən, iş gücü itkisinə səbəb olan xəstəliklərdir.
Nələrə diqqət yetirməli?
* Saçlarınızı qurutmadan çölə çıxmayın.
* Duşdan sonra saçlarınızı qurutma maşını ilə qurudun və diblərinin nəmli qalmasını qarsisini alin.
* Saçlarınızı duşdan sonra evdə olsanız belə mütləq qurulayın.
* Saçlarınız yaş olaraq təcili küçəyə çıxmanız lazımdırsa baş, boyun və qulaqlarınızı mütləq bir Serf və ya papaq ilə bağlayın.
* Açıq sahələrdə və hava axınının sıx olduğu yerlərdə olmaqdan calisin uzaq olun .


Tarix: 24.11.2014 / 10:27 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri