beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyimizə bahar dəyişikliyi edirik!

Bahar ətirlərinə keçid!

Baharın gəldiyinin ən gözəl xəbərçiləri ətrafı saran rəngarəng çiçəklər və havadakı qoxunun birdən - birə dəyişməsidir. Qışda yağış, palçıq deyərkən fərq edə bilmədiyimiz o qədər gözəllik, bahar və günəşlə birlikdə xoş ətirli bir təbiət qoxusu olaraq dərhal özünü göstərər.

Ətrafdakı gözəl çiçək qoxularının təsiri ilə bahar gəldiyində öz qoxumuzda da dəyişiklik etmə ehtiyacı hiss edə bilərik. Normalda istifadə etdiyiniz ətirdən daha çiçəksi ya da daha fresh bir qoxuya keçiş etməniz, baharla etdiyiniz sözsüz razılaşmanın ən böyük dəlili kimidir.

Buraxın yaş qalsın!

Madam havalar istiləşməyə başlayır, artıq saç qurutma maşınını bir kənara qaldırmanın vaxtı gəldi deməkdir. İstilik verən şəkilləndiricilərin saça verdiyi zərər ortada, amma onlardan imtina edə bilmədiyimiz də ayrı bir gerçək…

Baharın gəlməsi ilə birlikdə saçlarını düzləşdirmə takıntısı olmayanlara təklif edəcəyimiz ən gözəl şey saçları öz halında qurumasına buraxmaq. Diləsəniz saç şəkilləndirici məhsullar köməyi ilə saçlarınızın qabarmadan qurumasını təmin edə bilər və ya təbii dalğalarını daha çox diqqətə çarpanlaşdırmağı seçim edə bilərsiniz.

Laklarınızla əylənin!

Lak çəkmədən küçəyə addım atmayanlardansınızsa, sizə təklifimiz baharda bir az dəyişiklik etməniz olacaq.

Peeling vaxtı!

Qışdan artıq qalan ölü hüceyrələrinizlə vidalaşmanın vaxtı gəldi də keçir! Əgər peeling tətbiqinə öyrəşkən deyilsinizsə, bu baharla birlikdə bir dəyişiklik edin və ölü hüceyrələrinizə əlvida deyərək daha hamar bir dəriyə qovuşun.

Ənliklərdə dəyişiklik zamanı!

Çəhrayı və şaftalı tonlarındakı ənliklərinizi, içində bronzluq saxlayan, daha işıltılı, daha işıqlıq olanları ilədəyişdirmənin indi tam sırası! Günəşin enerjisinə və canlılığına uyğunlaşma təmin edəcək ənliyinizlə artıq yazı qarşılamağa hazırsınız deməkdir.


Tarix: 23.11.2014 / 18:00 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri