beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşa uyğun ətri necə seçməli?

Qədim dövrlərdə ətirlər makiyaj və dəriyə qulluq məhsulları kimi gözəllik üçün istifadə edilərdi. Əvvəllər ətir olaraq müqəddəs yağlardan istifadə edilərdi. Babil, Şumer və Aşurlular qoxulu yağları xüsusi qablarda yandırar və saçlarını ətirdən istifadə edərək gözəlləşdirirdilər... Kişilərin istifadə etdiyi taxma saqqallarda belə qoxulu yağlar və ətirlərdən istifadə edilərdi. Finikyalılar və Kartacalılar üçün ətirlər yaxşı bir ticarət vasitəsi idi. Dövrün qaynaqlarına görə, ən bahalı və qiymətli ətirlər misirlilər tərəfindən istehsal olunurdu.

Ətir seçməyin ən yaxşı yolu nədir?
Qoxunun dilini anlamağınız lazımdır:
Çiçəkli qoxular: Şirin çiçək qoxular əsaslıdır, qadına xas bir qoxu yaradır.
Cəzbedici qoxular: Daha sıx, vanil və bitki qoxularının birləşməsindən meydana gələr.
Meşə qoxuları: Sıx, ədviyyatlı və ya yanıq paçuli (silhat) və ya dəri qoxulu belə ola bilər.
Su qoxuları: Yüngül və dinləndirici. Bu qoxular hava ya da yüngül bir dəniz mehi kimidir.
Sitrus qoxuları: Portağal, limon və cökə qoxularıdır. Yəni daha canlı.

Hər yaşın özünəməxsus şifrəsi, anlayışı, cazibədarlığı və özünə xas ətri var.

20 yaş: Hər şey sizin üçün yenidir. Buna görə daha təcrübəli ola bilərsiniz. Bu yaşların şıltaq ruhuna ən uyğun qoxular iti və güclü ifadəlidir. Özünüzü göstərmək və hiss etmək üçün əhəmiyyətlidir. Meyvəli və ekzotik tərkibli nar qoxusu eyni zamanda, cazibədarlığı ortaya çıxarır. Ağ yarpaqlı portağal çiçəyi və inciçiçəyi xaricində vanil və ənbər notalarıyla hazırlanmış ətirlər daha cəzbedici olur.

30 yaş: Konfranslar, işgüzar görüşlər, peşə məsuliyyətləri ... 30 yaşında olanlar ümumiyyətlə iş yerində daha çox vaxt keçirirlər. Buna görə də istifadə etdiyiniz qoxular bu yaşlarda özünü daha çox ön plana atmadan əldə edilmiş hakimiyyətin işarələrdir. Siyahının başında ümumiyyətlə, yaşıl və ədviyyat məzmunlu qoxular yer alır. Güclü sitrus bitkisi notaları da özünə güvən və cazibəsini ortaya qoyan qoxulara həyat verir.

40 yaş: Bu yaşlardakı qadınlar artıq ətirlərindən gözəl qoxu verməsi xaricində başqa şeylər də gözləyirlər. İstifadə etdiyi bu qoxu onu görünməyən bir barama kimi qucaqlamalı və şəxsi imzasına çevrilməlidir .Kirşanlı yumşaq toxunuşlar stresi azaldıcı xüsusiyyətləri ilə önə çıxır. Yasəmən, rozmarin, zəncəfil kimi ətirli qarışıqların da rahatlaşdırıcı təsirləri bilinməkdədir.

50 yaş: Dəyərlərin ən çox önə çıxdığı yaşlardır. Artıq vaxtsız həqiqət, komfort duyğusunun dövrüdür. Klassik, zərif ətirlər 50-li yaşların imtina edilməzdir. Ətir kompozisiyaları çiçək və incə notalarla müəyyən edilir. Gül, jasmin, səndəl ağacı ətirin uzun müddət darıxdırıcı olmasının qarşısını alan çiçəklərdir...

Dəri tipinə uyğun ətri necə seçməlsiniz?

Bir başqasında gördüyünüz və bəyəndiyiniz ətrin sizdə də o qədər xoş qoxacağını düşünürsüz? Yanılırsız. Niyə? Çünki hər bir ətir istənilən insanın bədəninə uyğun gəlmir. Keçmişdə sarışınlar üçün təravətli, yaşıl, ya da meyvəli qoxu tövsiyə olunurdu. İndi isə dəri tipinə və ruhuna uyğun ətirləri seçmək lazımdır. Hansı əsas maddədən düzəldilən ətrin qoxlayarkən necə təsir bəxş etdiyini bilmək istəyirsinizsə, aşağıdakı siyahını mütləq nəzərdən keçirin.

Çiçəklər: Təravətli, göstərişsiz, qıdıqlayıcı, zərif, şirin, feminist .
Ağaclar: Xəbərdarlıq edici, idman, sərt, dinamik, cazibədar .
Ambir: Ekzotik, qapalı, isti, dərin, fəthedici .
Dəri: Ədviyyatlı, isti, quru, xarakteri güclü.
Yasəmən: Zarafatcıl, ağıllı qadınlar üçün.
Maqnoliya: Təəccübləndirici qadınlar üçün.
Müşk: Güclü qadın.
Gül: Yeniyetmə gənc qızlar üçün.
Limon: Hüznlü qadınlar üçün.
Göy rəngli bənövşəyi: Gənc dul qadınlar üçündür .


Tarix: 22.11.2014 / 15:09 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri