beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri Baxımında Doğru Bilinən Yanlışlar

Günümüzün qadını üçün dəri baxımı imtina edilməzlər arasında iştirak edir. Ancaq iş, elə yoldaş tövsiyəsiylə, ətrafdan eşitdiklərinizlə olmur. Yaxşısı siz yazımızı oxuyub, məlumatların doğrularını öyrənin. Bədəndəki ən böyük orqan dəri və xüsusilə də qadınlar dəri baxımıyla son dərəcə maraqlanırlar.

Ancaq bu mövzuda nələrin edilməsi və nələrin edilməməsi lazım olduğuna dair o qədər çox söz-söhbət var ki, vəziyyəti açıqlığa qovuşdurmaq istədik. Qadınların çoxu, necə bir dəri baxımı tətbiq edəcəyi mövzusunda olduqca məntiqli fikirlər qarşıya qoysa da, iş tətbiqə gələndə, edilənlər deyilənlərdən fərqli ola bilər. Əksər qadınlar bəlkə də aşağıdakı fikirlərlə razıdırlar ancaq……

“Üzümü suyla yuyuram. Buna görə də tonikə ehtiyacım olmur.”

Üzünüzü suyla yumağınızda heç bir problem yoxdur. Hətta dərinizi bir südlə təmizlədikdən sonar da üzünüzü su ilə yumanızda da qorxu yox. Məsələ, dərinizin təxminən 5,5 səviyyəsində pH səviyyəsinə sahib olması. Halbuki bu nisbət suda, oturduğunuz bölgəyə və istifadə etdiyiniz suyun sərtliyinə görə, 9,5 ə qədər çıxa bilir. Tonik isə, dərinizin turşu səviyyəsini normala çevirib, tarazlığı təmin etdiyi üçün, su istifadə edərək bu tarazlığı təkrar pozmuş olursunuz. Bazarda satılan tonikləri daha diqqətli araşdırıb özünüzə uyğun birini seçə bilərsiniz.

“Gecə kremim, gündüz kremimdən daha çox olmalı.”

Bu şəxsi seçimdən asılıdır. Bəzi qadınlar gecə istifadə etdikləri məhsulun, gündəlik olaraq istifadə etdiklərindən daha çox olmasını istəyirlər amma əslində kremə elə də ehtiyac yoxdur. Bəlkə gündüz istifadə etdiyiniz kremdən daha fərqli xüsusiyyətə sahib bir məhsulu seçim edə bilərsiniz, məsələn yaşlanmağı gecikdirici məhsullar kimi. Amma bunları da yüngül məhsullardan seçə bilərsiniz

“Gündüz və gecə məhsullarım fərqli olmalı.”

Bu səhv bir fikirdir. Əgər dəri probleminiz yoxdursasizdən tələb olunan şey bunu qorumaq üçün dərinizə qulluq etmənizdir. İstifadə etdiyiniz məhsulları da gündə iki dəfə istifadə edə bilərsiniz. Bəziləri nəmləndirici istifadə etməklə və gündüz də günəşdən qoruyan bir məhsulu bunun üstündən çəkməkdir. Amma məqsəd az məhsulda çox iş bacarmaq, işinizi asanlaşdırmaqdırsa, ikinci variant sizə çox köməkçi olmayacaq.

“Əgər gecə dərimə bir şey sürtməsəm, dərim nəfəs ala bilər.”

Bəzi dəriyə qulluq üzrə mütəxəssislərin fikrinə görə, gecə dərinizi təmizlədikdən sonra, başqa bir məhsul sürtməsəniz, dəriniz öz tarazlığını tapar. Bu zaman özünüzü necə hiss etdiyiniz əhəmiyyətlidir. Dərinizi təmizlədikdən sonra, üzünüzə bir şey sürtməyiniz lazım olduğunu hiss edirsinizsə, sürtün. Əks halda sürtməsəniz də olar. Ancaq bunu d unutmamaq lazımdır ki, gecələr dərinizi yeniləmək üçün uyğun bir zamandır. Bu zamandan faydalanmaq yaxşı ola bilər.

“Təmizləyicim, göz makiyajı təmizləməkdə də istifadə edilir. Buna görə də ayrı bir məhsul istifadə etmirəm.”

Əgər çox az makiyaj edir, ya da istifadə etdiyiniz təmizləyicinin makiyajınızı yaxşıca və tamamilə təmizləndiyini düşünürsünüzsə, onda problem yoxdur. Bəzi məhsulların tərkibi, başqa bir göz makiyajı təmizləyicisinin istifadəsinə gərək buraxmayacaq şəkildə hazırlanmışdır. Amma gözlərinizi tam mənasıyla təmizləmək üçün onları yaxşıca silmək lazımdırsa, o zaman ikinci bir məhsula ehtiyacınız var. Dəri elastik olduğu üçün, onu dartsanız, erkən qırışıların yaranmasına səbəb olmuş olarsınız.

“Su, dərimi qurudur.”

Dərinizin növü nə olursa olsun, su əslində dəri üçün yaxşıdır. Suyun dərinizdə təbii olaraq qurumasında qaçının. Belə olarsa, su buxarlanar və dərinizdə olan təbii suyu da özü ilə yuyub aparar. Bu da dərinizin gərilməsinə səbəb olar. Üüzünüzü yuyub, qurulayıb, uyğun toniki istifadə etsəniz, problem olmaz.


Tarix: 03.07.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri