beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bütün dəri növləri üçün üz maskaları....

Evdə dəri baxımı ilə əlaqədar məlumatları sizlər üçün bu yazımda paylaşıram.



Quru Dəri Tipi: Quru dərilər üçün hazırlanacaq üz maskaları üzü ölü dəri hüceyrələrindən təmizləyərkən zünüzü qızartmayan məhsullardan hazırlanmalısınız. Çünki quru cildlər yağlı cildlərə nisbətdə daha həssas bir quruluşa malikdir. Dərinizi nəmləndirmək üçün ehtiyacınız olan vəsaitlər: zeytun yağı, bal və 1 yumurta sarısı. 3-4 qaşıq zeytun yağını 3 çay qaşığı bal və yumurta sarısı ilə yaxşıca qarışdıraraq üzünüzə çəkin və 20 dəqiqə gözlədin. Maskanı çıxarmaq üçün ilıq və ya soyuq su istifadə edə bilərsiniz.

Yağlı Dəri Tipi: Qara nöqtə və sızanaq meydana gəlməsinə uyğun yağlı dəri tipi üçün evdə hazırlayacağınız maskalar çox yağı götürməyən olmalıdır. Bunun üçün həm C vitamini baxımından zəngin həm də yağı alan limon, və ya portağaldan faydalana bilərsiniz. Bu meyvələrin hər hansı birindən təzə olaraq sıxacağınız 2 yemək qaşığı suyu 2 yumurta ağıyla yaxşıca qarışdırın. Yuduğunuz üzünüzə çəkdikdən sonra 10-15 dəqiqə gözlədin və ilıq suyla üzünüzü durulayın. Eyni təsiri 5-6 dənə əzilmiş çiyələklə hazırlayacağınız asan üz maskası ilə də edə bilərsiniz.

Normal Dəri Tipi: Normal dəri tipi üçün evdə hazırlanan maskalar dəri məsamələrinin təmizlənməsinə və dərinin daha hamar görünməsinə köməkçi olar. Maskanı hazırlayarkən ehtiyacınız olan vəsaitlər ; 2 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı alma suyu və 1 ədəd yumurta ağı. Bütün vəsaiti yaxşıca qarışdırın və üzünüzə bərabər miqdarda çəkib 10 dəqiqə gözlədin. Maskanı təmizləmək üçün soyuq su istifadə edə bilərsiniz. Alma suyu üzünüzü ölü hüceyrələrdən təmizləyərkən yumurta ağı məsamələri möhkəmləşdirər və zeytun yağı dərinizi nəmləndirər.

Qarışıq Dəri Tipi: Quru və yağlı bölgələrdən ibarət olan qarışıq dəri tipi üçün istifadə edilən maskalar yağlı bölgələrdəki çox yağı götürərkən quru bölgələri daha çox qurutmamalıdır. Bu dəri tipi üçün istifadə edilə biləcək üz maskasını 3-4 yemək qaşığı toz halına gətirilmiş yulaf əzməsi və 1 yemək qaşığı zeytun yağı ilə hazırlaya bilərsiniz. İkisini qarışdırdıqdan sonra üzünüzə çəkib 10 dəqiqə gözlədin və ilıq suyla yuyun.

Yaşlanmanın Təsirlərinə Qarşı: Kiçik qırışları azaltmaq və dərini qırışıqlara qarşı daha dayanıqlı hala gətirmək üçün yenə asan maskaları istifadə edə bilərsiniz. Bunun üçün hazırlaya biləcəyiniz ən asan maska banan maskası. Bir ədəd bananı qaşıqla kasada püre konsistensiyasına gələnə qədər yaxşıca əzin. Göz kənarlarına və ağız kənarlarında ibarət olan qırışlara çəkdikdən sonra 15-20 dəqiqə gözlədin. Maskanı ilıq suyla təmizləyin və maska çıxdıqdan sonra məsamələrin bağlanması üçün soyuq suyla üzünüzü təkrar yuyun.


Tarix: 23.06.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri