beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdə gözəllik və baxım..

Hamiləlik müddətində gözəl görünmək və gözəl hiss etmək sizin də haqqınız. Hamiləliyiniz boyunca özünüzə baxım edə bilər və gözəlliyinizi qoruya bilərsiniz.


Sinələrin baxımı
Hamiləlik dövründə ən çox diqqət və diqqət göstərilməsi lazım olan yer sinələrdir. Bu dövrdə şişən sinələrdə çatlaq meydana gəlməməsi üçün ilıq bir duşdan sonra nəmləndirici kremlərlə sinələrə masaj edilməlidir. Əks halda sinələrdə çirkin bir görünüş meydana gətirən çatlaqlar meydana gələ bilər. Sinə sallanmalarını maneə törətmək üçün sinələr gündə iki dəfə soyuq suyla yuyunmalıdır.

Omba və qarın baxımı
Qarın xəttinin yerləşib iz buraxmasını azaltmaq və ombalara lazımlı diqqəti göstərmək üçün bu bölgələr badam yağıyla hər gün ovulmalıdır.

Dəri baxımı
Dərinin sağlam bir şəkildə nəfəs alması hamiləlik dövründə hər vaxt olduğundan daha əhəmiyyətlidir. Buna görə bu dövrdə yatmadan əvvəl makiyajınızı mütləq təmizləməli, üzünüzə və əllərinizə bəsləyici krem çəkməlisiz.

Duş
Hamiləlik əsnasında gündəlik yuyunma vərdiş halına gətirilməlidir. Çünki bu dövrdə tər bezləri normaldan həddindən artıq bir iş göstərər.

Yuyunarkən istifadə etdiyiniz su 37-38 dərəcə olmalıdır. Həddindən artıq isti su sağlamlığınız baxımından zərərlidir. Ayrıca duş müddətinin 15 dəqiqədən çox olmamasına diqqət yetirməlisiniz. Əks halda qanama keçirmə riskiniz artacaq.

Duş qəbul edərkən qapınızı heç bir zaman kilidləməyin. Hətta evdə kimsə olmadığı zamanlarda duş qəbul etməməyə diqqət göstərin.

Saç baxımı
Hamiləlik dövründə saçlara istənilən şəkli vermək hər zamankindən daha çətin ola bilər. Saçlar parlaqlıqlarını, canlılıqlarını itirərlər. Saçların tez-tez yuyunması və saç tipinə uyğun baxım edilməsi bu problemi böyük ölçüdə aradan qaldıracaq.

Əl və ayaq baxımı
Əl və ayaq dırnaqları hamiləlik əsnasında donuq bir rəng alar və asanca qırılar. Dırnaqların laylarının ayrılmaması üçün gücləndiricili parladıcılardan istifadə edə bilərsiniz.

Dırnaqlarınızı üç gündə bir loru dildə desəm havalandırmalısız. Çünki bu dövrdə lak sürmək dırnağın qurumasına səbəb olar.

Ağız baxımı
Hamilə qadınların tüpürcəklərində olan və diş minalarını təsir edən maddələr, bu dövrdə diş çürümələrinə səbəb olar. Ayrıca dişlərin möhkəmliyində rol oynayan fluor maddəsi də kifayət qədər təmin edilə bilməz. Bu səbəblə hamiləlik dövründə heç bir ağrı hissi belə olmasa da diş həkiminə nizamlı olaraq görünülməlidir. Arada sırada dişləri bir antiseptikle çalxalamaq da mikrobların dişlərdə məskən salmasını önləyəcək.


Tarix: 23.06.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri