beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay gecələrinə makiyajınız hazırdımı?

Yay gecələrinin ən gözəli olmağa hazırsınızmı?
Gecələrə hazırlanmanın ən gözəl və sürətli yolunu dünya tərəfindən məşhur Professional vizajist Anne Guilmard izah edir.
Sizlər də yazın və yaz gecələrinin ən gözəli olmaq üçün bu təklifləri diqqətə almalısınız...


Yay gecələrində sadə və diqqətə çarpan bir makiyaj etməli və marağ, diqqəti daha çox gözlərə çəkməlisiniz.
Yəni yayın isti rənglərini gözlərə istədiyiniz kimi tətbiq edə bilərsiniz.
Mavi, yaşıl, firuzəyi kimi şişirdilmiş göz qələmlərini belə rahatlıqla istifadə edə bilərsiniz.

Xüsusilə yaşıl və qəhvə rəngli gözlər bu rənglərlə birləşdiyində, mükəmməl bir nəticə ortaya çıxır.
Mavi gözlər isə baxışlarını ortaya qoya bilmək üçün boz və bürünc tonları seçməlidirlər.


Bunun xaricində, qış boyunca istifadə etdiyiniz bir çox makiyaj vəsaitini bir müddətə istifadə etməyə də bilərsiniz, çünki bədəninizə uyğun bir pudra və dodaq parladıcısı göz makiyajınıza yoldaşlıq etməyə kafi olacaq.


Dəri rənginizi bərabərləşdirmək və bürünclüyü önə çıxarmaq üçün yüngül bir pudradan istifadə edə bilərsiniz.
Günəşdən kifayət qədər quruyan dərinizin daha çox qurumasını önləmək üçün isə mineral əsaslı pudraları seçməlisiniz.


Dodaqlar üçün öz natural rənginizə ən yaxın tonları istifadə etməli və pomadanızın çox mat ya da quru olmamasına diqqət yetirməlisiniz.
Ayrıca daha çox kremli pomadalar seçməlisiniz.


Tarix: 23.06.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri