beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kirpiklər niyə tökülür?

Yəqin ki, çoxunuz kirpiklərinizə toxunanda, gözlərinizi ovuşduranda, su ilə yuyanda onların töküldüyünü müşahidə edirsiniz. Kirpikləri tökülən qadının narahat olması əslində çox normaldır. Çünki kirpiklər qadının simasına xüsusi bir gözəllik və fərqlilik bəxş edir. Bu baxımdan da onlara ən sadə üsullarla qulluq etmək lazımdır ki, güclü və sağlam olsun!
Kirpiklər nədən tökülür?
Kirpikləri tökən ən başlıca səbəb gözləri ovuşdurmaqdır. Keyfiyyətsiz tuşdan istifadə etmək də kirpikləri tökür. Hər gün tuşdan istifadə etmək məsləhət deyil. Yatarkən makiyajı silməmək kirpiklərin zəifləməsinə səbəb ola bilər. Bəzən diqqətsiz yanaşaraq, kirpiklərdəki tuşu xüsusi kosmetik nəm salfetlərlə deyil, gündəlik istifadə etdiyimiz salfetlərlə silirik ki, bu da kirpik tökülməsi probleminə yol açır.
Kirpik tökülməsinin qarşısını necə alaq?
Kirpik tökülməsinin qarşısını almaq üçün ən sadə üsul təbii qidalardır. Tərkibində kükürd olan soğan, turp, kələm, yerkökü kimi tərəvəzlərə və D vitaminli balıq, balıqyağı, yumurta kimi qidalara üstünlük verilməlidir.
5 ədəd qoz, 5 ədəd fındıq və 1 xörək qaşığı quyruq yağını qazanda əridib, sonra isə pambıqlı çubuqlarla həmin məhlulu kirpiklərə və onların köklərinə çəkmək lazımdır. Bu da kirpik tökülməsinin qarşısını almaq üçün ən effektiv vasitələrdəndir.


Tarix: 22.06.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri