beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Angelina Jolinin gözəllik sirrləri

Tanınmış kino uduzu və eləcədə xeyirxahlığı ilə də tanınan və sevilən aktrisa Angelina joli gözəlliyinin sirrini soruşduqda, özünəməxsus cavablar verib. Sevilən aktrisa bu suala cavab olaraq aşağıdakı makiyaj tərifini verib.
Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dodağınıza şirin sözdən başqasını toxundurmayın.
Gözəl gözləriniz olsun istəyirsinizsə, gözəl insanlarla göz -gözə gəlin, gərçək dostlar qazanın.
İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi yoxsullarla və aclarla paylaşın.
Gözəl saçlara sahib olmaq istəyirsinizsə, övladınızın gündə ən az bir dəfə saçlarınıza sığal çəkməsinə icazə verin.
Diqqət çəkici pozalar vermək istəyirsinizsə, yanınıza hər zaman təvazökarlığı alaraq gəzin, qətiyyən cahil və qürurla gəzməyin.
Xatırlayın, bir yardıma ehtiyac duyarsanız o zaman öz çiyninizdən qolunuza doğru göz gəzdirin, dirsəyinizə və biləyinizə çatdıqda orada bir yardım əli tapacaqsınız.
Yaşlandıqca iki əlinizin olduğunu, birinin özünüzə digərinin də başqalarına yardım etmək üçün yanınızda hazır gözlədiyini anlayacaqsınız.
Bir qadının gözəlliyi geyindiyi geyimdə, bədən ölçülərində deyil. Bir qadının gözəlliyi gözlərindən oxunmalıdır, çünki gözlər qəlbə, yəni eşqin yaşadığı ölkəyə gedən qapıdır.
Bir qadının gözəlliyi üzündəki xallardan deyil, içində saxladığı ruhundan oxunur.


Tarix: 19.06.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri