beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev şəraitində ayaqlara qulluq...

Qış mövsümündə qulluq tələb edən hissələrdən biri də ayaqlardır. Onlara ev şəraitində qulluq etməkdə çətinlik çəkirsinizsə bu xəbər məhz sizin üçündür.
Gün ərzində bədənin yükünü daşıyan ayaqlara lazımi olduğu qədər diqqət yetirilməlidir. Ev şəraitində bir neçə asan üsulla yumşaq və baxımlı ayaqlara sahib ola bilərsiniz. Soyuq aylarda davamlı olaraq bağlı ayaqlar qurumaq təhlükəsiylə qarşı – qarşıya gəlir. Bu səbəbdən də heç olmasa həftədə bir dəfə onlara qulluq edin.
İlk olaraq evdən çıxmazdan öncə ayaqlara ayaq üçün nəzərdə tutulan nəmləndirici kremlər vurmalısınız. Yorğun olduğunuz vaxtlarda yaxud da kompyuter önündə çalışarkən qan dövranını tənzimləmək üçün ayaqlarınızı yuxarı qaldırın.
Qışda ayaq dırnaqlarının qısa olması önəmlidir, bu zaman heç pediküra ehtiyac qalmayacaq. Amma duşdan sonra topuğun qeydinə qalmalısınız. Belə ki yaxşı olar ki, çatlayan dabanlar üçün xüsusi kremlərdən istifadə edəsiniz.
Ayaqları toplanan ölü hüceyrələrdən azad etmək istəyirsinizsə pilinq edə bilərsiniz. Yaxud da vazelin, qoxulu duş sularından yararlanmaq olar.


Tarix: 18.06.2013 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri