beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızlar niyə toya yaxın stress keçirir?

Həyatdakı hər bir dəyişiklik dəriyə də təsir göstərir. Evlilik də bunlardan biridir. Xüsusilə evlilik öncəsi qızlarda stress da yüksək olur. Əgər quru dəriniz varsa, bu dövrdə stress nəticəsində daha da quruyur.
Mütəxəssislərə görə, egzama kimi dəri problemləri də yarana bilər. Gəlinlik geyinmək də qızlarda həyəcan və stress yaradır. Bunun nəticəsində isə dekolte bölgələrində qızartılar əmələ gəlir. Bu stresslərdən xilas olmaq üçün mütəxəsislər aşağıdakı məsləhətləri görür.
Hazırlıqlara toy günündən təxminən altı ay əvvəl başlamaq lazımdır. Əgər dərinizdə xüsusilə də dekolte bölgənizdə sızanaq kimi problemlər varsa, dermatologdan kömək almalısınız.
Bu dövrü asan sovuşdurmaq istəyirsinizsə, dərinizi təmiz saxlamalısınız.
Üzü sabunla çox yumaq olmaz. Üz təmizliyində sabunun və üz təmizləyicilərinin dərinizə uyğun olmasına fikir verin. Xüsusilə sızanaqlar və dəri problemləri olanlar üçün kükürdlü və zeytun yağlı kremlər və sabunlar təklif edilir.
Toy fotoşəkillərində gözəl görünmək üçün ən az üç ay əvvəldən hər səhər glikolik turşu ya da salisilik turşu tərkibli təmizləyici ilə üzünüzü təmizləyə bilərsiniz.
Ən yaxşısı isə peeling tətbiqi etməkdir. Dəriyə nizamlı olaraq peeling etsəniz ölü hüceyrələrdən asan xilas ola bilərsiniz.
Əgər dərinizdə ləkələr varsa, bunun üçün fraksiyonel lazerin kömək ala bilərsiniz.


Tarix: 12.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri