beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaqlarımızın yaya hazırlığı. Xanımlara 1 neçə məsləhət

Bütün qışı yayın gəlməyin gözlədik. Yay gəlsəydidə rahat ayaqqabılarımızı, geyimlərimizi geyinərdik dedik. Axır ki, yay gəldi özüdə nə gəldi. Ən sevdiyiniz açıq ayaqqabınızı geyinmədən əvvəl ayaqlarımızın yaxşı bir pedikürə ehtiyacı var. Öz pedikürünü özü etmək istəyən xanımlar üçün bir neçə məsləhət hazırladım:



1. İlk öncə bütün qış corabda saxladığımız ayaqlarımızın əvvəl bir vannaya ehtiyacı var. 1 neçə damcı zeytun yağı əlavə etdiyimiz süt vannasında ayaqlarınızı 15-20 dəqiqə saxlayın. Südün tərkibindəki turşu sərtləşmiş ölü dərilərin xilas olmağa, zeytunyağı isə dərini nəmləndirməyə kömək edir.





2. Duşa girməmişdən əvvəl ən yaxşı peelinq kreminizi (məsələn Clean & Clear qara nöqtələr üçün Peeling Kremi) ayaqlarınıza sürtün və masaj edin.


3. Hər axşam yatmazdan əvvəl ayaqlarınıza ayaq kremi çəkin. Əgər ayaqlarınızın daha yumşaq olmasını istəyirsinizsə kremi çəkdikdən sonra pambıq corab geyinib yata bilərsiniz.


4. Apteklərdə və ya kosmetika mağazalarında dırnaq əti üçün yağ satılır. Gündəlik baxımda dırnaq və dırnaq ətinə baxımı üçün istifadə etməyiniz məsləhətdi.


5. Dırnaqlarınızıda lakın uzun müddətli qalmağını istəyirsinizsə lak qoruyucu yağlardan istifadə edə bilərsiniz.


6. Son olaraq açıq ayaqqabılarınızı hansı rəng lak ilə kombinasiya edib geyinmək qalır :)


Tarix: 26.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri