beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana (hekaye)

“Evlendikden 21 il sonra yeni sevgi parıltısına rast geldim...
Bir müddet evvel heyat yoldaşımdan qeyri bir qadınla gezmeye çıxmışdım. Bu, heyat yoldaşımın teşebbüsü idi.

– Onu ne qeder sevdiyini derinden derk et – deye heyat yoldaşım mene meslehet vermişdi...
Heyat yoldaşımın, birlikde gezmeyi ve vaxt keçirmeyi tövsiye etdiyi hemin qadın Anam idi. 19 il evvel heyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş heyatım, gündelik meşğuliyyet, boynuma düşen mesuliyyet, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çekmeyime mane olurdu.
Nehayet, bir gün ona zeng vurdum, şam yemeyine devet etdim. Heyecanla soruşdu:
– Oğlum, halın necedir, sehhetin yerindemi? – çünki gec edilen zenglere adet etmemişdi, narahat idi.
– Her şey yaxşıdır, ay ana – dedim, – seninle baş-başa qalmaq isteyirem.
– Ele ikimizmi? – anam soruşdu. Bir qeder sükutdan sonra elave etdi: – Men de bunu çox isteyirem.
Cüme axşamı işden sonra yanına getdim. Bir az heyecanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kendarında dayanmışdı, meni gözleyirdi. Eynine qeşeng paltar geyinmişdi. Vefatından qabaq atamın ona aldığı son paltarı idi, deyesen. Anam gülümsedi:
– Hamıya dedim ki, bu gün oğlumla gezmeye çıxacağam. Sevindiler. Qayıtdıqdan sonra onlara danışacağım xeberlerin intizarındadırlar.
Adi, ancaq debdebeli ve sakit yemekxanaların birine getdik. Anam qoluma girmişdi. Sanki ölkenin birinci xanımı idi.
Eyleşdik. Menyudakı yemeklerin adlarını oxumağa başladım. Anamın gözleri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış herfleri oxuya bilirdi. Soluq dodaqları ile gülümseyerek üzüme baxırdı. Dillendi:
– Vaxtı ile sen balaca olanda men sene bunları oxuyurdum.
– Sene olan borcumun azacıq hissesini, bele şeylerle ödemek vaxtıdır, ay ana – dedim, – sen rahat ol.
Şam ede-ede xeyli danışdıq. Söhbetimizde qeyri-adi bir şey yox idi: ötüb-keçenlerden, yeniliklerden danışırdıq. Başımız söhbete o qeder qarışmışdı ki, vaxtın nece keçdiyini hiss etmemişdik. Artıq gece yarıdan keçmişdi. Yemekxanadan çıxdıq. Evine çatdıqda anam dillendi:
– Növbeti defe birlikde şam etmeye ne deyirsen? Ancaq bu defe menim hesabıma olacaq.
Elini öpdüm ve ayrıldım...
Bir neçe gün sonra anam ürek tutmasından vefat etdi. Vefatı ele qefilden oldu ki, heç ne ede bilmedim.
Bir neçe gün keçdi. Anamla şam etdiyim yemekxanadan bir mektub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödemişem. Bir daha seninle şam ede bilmeyeceyimi hiss etmişdim. Ne ise... Başlıcası, iki neferlik hesabı ödemişem – sen ve heyat yoldaşın üçün. Çünki sen hemin gecenin menim üçün ne qeder ehemiyyetli olduğunu, kaş bileydin! Bunu heç vaxt başa düşmeyeceksen... Seni çox sevirem, eziz balam!”
Bu deqiqelerde “sevgi” ve “seni sevirem” kelmelerinin menasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın menasını da derk etmişdim...”.

P.S Valideyn, xüsusile de Ana – heyatımızın en ehemiyyetli cövheri olmalıdır... Odur ki, layiq olduqları şeyleri onlara bexş edin, layiq olduqları vaxtı onlara ayırın! Beli, bu, Allahın ve onların sizin üzerinizdeki texiresalınmaz haqlarıdır!
Sonda ümid edirem ki, bu hekaye valideynlerinin qedrini bilmeyenleri ayıldacaq, bizi de bu işde vasiteçi edecekdir!


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 585 Bölmə: Maraqli Hekayeler