beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ququnun Hediyyesi " Romanindan "ÖZÜMÜZ"

ÖZÜMÜZ...









Qaranlıqda səssizcə uzanmışdı ikisi də.Bir az susduqdan sonra dilləndi:


-Kam,yatmısan?


-Yox-deyə Kamilə həvəssiz dilləndi.Səsində yorğun,bezgin ahəng vardı.


-Mənə özündən danış da.


-Özümdən?


-Aha.


-Özümü tanımırsan?Adım Kamilə,21yaşım var,səninlə otaq yoldaşıyam...


-Ee elə yox!


-Hmm?Necə bəs?


-Özündən də.Uşaqlığından,biz rastlaşana qədər keçirdiyin günlərdən,xatirələrdən.Kənd xatirlərindən-bir az susub əlavə etdi:Mənimçün həmişə maraqlı olub,həsəd aparmışam kənddə böyüyən uşaqlara.


-Eləmi?


-Hə.Çox maraqlı olur,düzdü?


-Nəyi maraqlı olur?


-Kəndin də..Kənddə yaşamaq.Kəndin adamları mehriban olur,qayğıkeş olur,kömək göstərməyə xəsislik etmir,yardım sevən olurlar.Ümumiyyətlə kənd yaxşıdır.Danış da mənə biraz kənddə keçən günlərindən


-Xatırlamıram heçnə.Nə danışım?-elə laqeyd cavab verirdi sanki,burda gedən söhbətin özünə qətiyyən dəxlisi yox idi.


-Ola bilməzki,heç nə xatırlamayasan


-Ru,yat!


-Ee!paxıl olma!


Kamilə dikəldi azca:


-Əminsən ki qulaq asmaq istəyirsən mənim kəndimlə bağlı xatirələrimə?


-Hə!


-Yaxşı danışacam amma sırf sənin"kəndlilər yardım sevən olur",nəbilim"yaxşı olurlar"fikrinin yalan olduğunu sübut etmək üçün..Biraz susdu..Xatirə..mənim cəmi bir xatirəm var kəndimizlə bağlı..ikimizə də bəs edər məncə-biraz mənalı tərzdə dedi bu son cümləni


-Danış!


-Uşaq idim o vaxt 7-8 yaşım ancaq olardı.92-93-cü illərin gətirdiyi çətinliklər onsuzda azğın olan insanları bir azda vəhşiləşdirmişdi.Müharibədən əvvəlki dövrlər camaatımızı pis öyrətmişdi.Özlərinin heç nəyi yox idi deyə özlərinin olan heç nə üçün tüklərini belə tərpətmirdilər.Heçnə bizim deyildi;nə mal-qaramız,nə taxılımız,nə toyuq cücəmiz,nə toyumuz,nə yasımız,nə bayramımız,nə dastanımız,nə məhərrəmlik,nə orucluq nə,nə,nə...saydıqca saymaq olar bizim olmayan özümüzünküləri..Əvəzində qazımız vardı,birdə ışığımız..Məişət rahatlığına satmışdıq özümüzə aid nəyimiz vardısa.Bayramımız Stalinin ad günü,babamız Lenin,şənliyimiz 1may,işimiz iməclik idi.Hə bir də,qadınların,qızların ağır-ağır şbanellərə güc vurmağı,xeyrini Rusiyadan başqa heçkimin görmədiyi,mənasız yarışlarda qalib gəlmək üçün günün altında özlərini həlak etməyi,ağır texnika sürməyi,dəryaz çalmağı qadınlığdan,qızlığdan uzağlaşmağı var idi..Dəmir,taxtaya güc vurmaqdan öz əsas vəzifələrini yadırğamışdı qadınlar;uşaq doğa bilmirdilər..Fəhlələrimiz də deputat seçilirdi Moskvaya.Sovetdə,2 inəyin yemini ayırmağdan başqa heçnədən başı çıxmayan zırrama kəndçi təmsil edirdi millətimizi.Hamı əlini qaldıranda o da qaldırırdı,kimlərəsə sərf edirdi bizim bu səviyyədə təmsil olunmağımız bilmirəm amma o məlum idi ki,kəndimizdə Ağaverdi kişi ləzzət alırdı ildə 2-3 dəfə gedib şəhərdə sülənməkdən..


Sonra hər şey birdən birə dəyişdi.Bizim olanın yarsını birdəfəlik aldılar bizdən,yarsını isə birdəfəlik qaytardılar özümüzə..İndi öz əlimiz,öz başımız,öz qeyrətimiz,öz papağımız,öz torpağımız,öz sərvətimiz özümüzdə idi.Amma biz qəbul etmədik.Özümüzün "malını" biz özümüz idarə edə bilmədik.Dedik kimsə gəlsin yenə bizə ağalıq etsin.Axı öyrəşmişdik özümüzə aid heç nəyin olmamasına .Ona görə də dəli inək balasını götürmədiyi kimi biz də "özümüzə"sahib çıxmadıq.Çoxdan əlimizdən alınmış papağımızı özümüzə qaytardılar,biz isə sevindiyimizdən o papağı elə atdıq ki, göyə,hələ də qayıdıb özümüzə çatmayıb..Axı öyrəşmişdik papağsız gəzməyə..Mal-qaramız,qoyun-quzumuz qaytarıldı özümüzə amma biz qəbul etmədik.Hər gün dava idi,hamı bir-birini didib-parçalamağa hazır idi.Əllərinə düşən bərəkətlərin qədrini bilib Allaha şükr etmək əvəzinə "oçur"deyilən şey üstə dava düşürdü hərgün.Özgəsinin olanda sakitçilik idi.Özümüzə qaytarılana sahib çıxa bilmədik,istəmədik."Sovxoz"hasarına,"kolxoz"tininə yığışan yekəqarın kişilər,yaxası açıq oğlanlar mal-qoyun növbəsinə getməkçün (daha doğrusu getməməkçün) dava edirdi.Evlərdə də eyni vəziyyət idi;ata hər gün oğlanlarıyla didişir,söyüşürdü.Oğlanlar isə "oçura"getmək istəmirdilər.Əvəzində tində siqaret çəkmək,təzə çıxan jeans şalvarlardan geyinib,əyinlərindəki köynəyin yaxasını yarıyacan açıb,Vann Damenin təzə peyda olmuş döyüş filimlərinə baxıb,ordakı tək-tük erotik səhnələri müzakirə edirdi.Dişlərini ağarda-ağarda,acgöz,acqurdlar ağızlarının suyunu qollarına silirdilər.Hələ o vaxt telefon gəlib çıxmamışdı buralara və hələ Azərbaycan telefonda olan porno kadırlara,lüt qız şəkillərinə görə dünyada rekord vurmamışdı...Analar da qızlarıyla didişirdi.İllərlə özgələrinə hamballıq edənlər özləri üçün əllərini ağdan-qaraya vurmurdular.Bağ-bağçalar dağıldı,anbarlar boşaldı, əvəzində qızlar başlarına təzə çıxmış "lalə şövkət"broşqasını almaq qayğısına qalırdılar.Birdən-birə qadınlıqları,qızlıqları yadlarına düşdü,İrandan gələn pomadalar üçün mübarizəyə qalxdılar.Pomada göy idi amma dodağa sürtəndə qırmızı olurdu işə bax ha zarafat deyil e...Məktəbə də gedən yox idi artıq 14-15 yaşından sonra qızlar dodağlarını balasını yemiş canavarın ağzına oxşadıb,toylarda süzüb ərə getmək haqqında günün 24 saatı baş sındırırdılar.İllərlə eyni tarlada yanaşı işləyən qız və oğlanlar indi dərə dibi,çay qırağı,hamam,tualet arxası görüşlərə çıxırdı gizli-gizli.Beləcə imtina etmişdik uzun müddət əlimizdən alınıb sonra özümüzə qaytarılan mənimizdən,özümüzdən,qeyrətimizdən.Elə imtina etmiş,elə rədd etmişdik ki,elə bil bu qeyrətin heç bizə aidiyatı yox idi.Elə çıxmışdıq insanlığımızdan ki,sanki,heç vaxt insan olmamışıq.Hamımız uzun müddət yedəklənmiş,indi isə azadlığa çıxmış ayğır olmuşduq.Və belə keçən günlərin bir günündə bizim kəndə bir dəstə qaçqın gəldi.Erməni əlindən qaçan,canlarını qurtaran,namuslarını qoruyan bir dəstə qaçqın qadın.Dəstənin içində kişi yox səviyyəsində idi.Olanlar ya yaralı,ya qoca,ya da çox cavan-13-14 yaşında oğlan uşağları idi.Belə çətin şəraitdə,uzun yorucu yolla,kömək ümidi ilə üz tutmuşdu kəndimizə qaçqın qadınlar.Öz namuslarını erməni əlinə verməyib qaçan qaçqın qadınlar.O namusa sahib çıxmayıb özlərini otaran həmvətənlərinin,bizim kəndin qadın və kişilərinin(əsasən də kişilərinin)himayəsinə sığınmağçun qaçan qaçqın qadınlar.Qaçqınlar meşə yolu ilə gəlmişdilər.Özlərini kəndin asvalt yollarına çatdıranda haldan-heydən düşmüşdülər.Nəfəsləri güclə gəlirdi.Məscidin həyətindəki sudan içib yayın yandırıcı günəşi altında yollarına davam edib rayon mərkəzinə tərəf üz tutdular.Son ümidləri ora idi,hökümət nümayəndələri də kömək etməsə nə olacaqdı halları...Gedərkən ətraflarına yığışmış,yad nəzərlərlə onlara baxan kənd cavanlarına "meşədə bir gəlini oğluyla birgə itirdik,halı da yox idi yazığın yəqin hardasa ilişib qaldı.Siz buralara bələdsiz,Allahın sevən axtarıb kəndə gətirsin,rayon mərkəzinə yola salsın onu da"-deyib getmişdilər.(Onların aqibəti nə oldusa xəbərim yoxdu,amma 10-15 ildən sonra rayonda sayıb seçilən varlıların çoxu qaçqınlar oldu).Cavanlar bir-birinə baxıb qımışdılar.Görən gəlinin neçə yaşı var və oğlanın neçə yaşı var???Çox qəribə şeylər baş verirdi..Hər gecə "mal oçuru" mövzusu üstündə dava düşən evlərdə bu məsələ öz-özündən həll olunmuşdu.Kənd cavanları-evlisi,subayı fərqi yoxdu,canı sulu kim vardısa meşəyə mal oçuruna getməkçün növbəyə düzülmüşdü.Onları meşəyə çəkən səbəb nə idisə get-gedə yayılır,və kəndin kişilərinin yarısı-malı olan da,olmayan da,demək olar ki Allahın ver günü mal"oçuruna"gedirdi.Özü də böyük həvəslə,hırıldaya-hırıldaya,gərnəşə-gərnəşə,özləri ilə çörək-pendir götürüb bir-birini itələyə-itələyə "oçura"gedirdilər...Amma onlardan,bu "kişilər"dən heç birinin ağlına gəlmirdi ki,meşədəki 4-5 yaşlı oğluyla azıb qalmış cavan gəlini kəndə gətirib rayona yola salsın,erməninin əlindən qaçıb canını,namusunu,oğlunu xilas edən burda isə bir parça pendir-çörək müqabilində ona olmazın işgəncəsini verən bizim kəndin" kişilərinə"qismət olmuş cavan,göyçək gəlin..Göyçəkliyindən əsər əlamət belə qalmamışdı,nə danışmağa,nə ağlamağa,nə müqavimətə,nə qışqırmağa heyi yox idi.Tək istədiyi "kişilərin""oçura"gəldiyi vaxt 4-5 yaşlı oğlunun oradan uzaqlaşdırılması idi."Kişilər"buna əməl edirdilər sağolsunlar.Amma ona görə yox ki uşağın istidən,çölün düzündə aclıqdan,kirdən,tək gözləri seçilən üzündə yaranan ifadədən,gözlərindəki çaşqınlıq və qorxudan,ağlamağından təsirlənirdilər,yox!Ona görə ki,hər dəfə o "kişilərdən" biri "növbəni" dəyişib "oçura"keçdikdə uşaq ağlayır,anasının üstündəki kişini gücsüz yumruqlarıyla çırpır,"anamı döymə!" (!) deyirdi.Bax bu maneəçilik olmasın deyə növbə ilə uşağı "oçur" yerindən uzaqlaşdırıb,keşik çəkirdilər.Bununla da həm də,kənddən gələ biləcək lazımsız "qonaqların" qarşısını alırdılar.Artıq "kişilər" öz aralarında söz kəsmişdilər;ləzzət aldıqları bu "mal oçuru" haqqında kənddə heç kimə danışmasınlar.Axı bunu eşidən hər kişi "oçura" cəhd edir,nəticədə də gəlin istədikləri "effekti" verə bilmirdi...Bütün yay belə keçdi,qışda "mal oçuru" ləğv olunmuşdu.Səbəbini bilmirəm amma 2-3 il sonra evlənən kənd cavanlarının arvadları bulaq başında fəxr ilə ərlərinin "qəhrəmanlıqlarından" danışır,şaqqıldayıb gülüşürdülər... Başa düşməkdə çətinlik çəkənlər üçün deyim ki,bu uzun söhbətin qısa məzmunu beləydi;erməninin əlindən qaçıb qurtarmış Azərbaycanlı bir gəlin bizim kəndin kənarındakı sıx meşəlikdə azıb qalmışdı.Kəndə gəlmək üçün nə yolu tanıyırdı,nə də əynində cırılıb çıxmış paltarının əvəzində bir paltarı var idi.Bizim kəndin "kişiləri"isə ona sahib çıxmaq,qorumaq,evə gətirib insan rəftarı edib,hökümətə təhvil vermək əvəzinə kəndə gələ bilməsin deyə lüt edib,acından ölməsin deyə hər gün bir parça pendir-çörək verib erməninin edə bilmədiyini edir,və bunu fəxrlə arvadlarına danışırdılar..Bu da biz və özümüz..biz özümüzə,bizim olana sahib çıxmırıq.Bizim olan hər nədisə-ona sahib çıxmırıq..


-Mənim kəndimizlə bağlı xatirəm bax budur.Kəndimiz,insanlarımız deyəndə bir insana sahib çıxmayan,biqeyrət kişilərimizi xatırlayıram təkcə.Qadınlar da ki...Mənim başqa xatirəm yoxdu.Beynimi yemək üçün bu bəs edir onsuz da.


Bir az susub dərindən nəfəs aldı.Ona baxdı


-Sözüm qurtardı...Bəs sənin?


Nitqi qurumuş,nəfəsi kəsilmiş kimi baxırdı otaq yoldaşına.Kamilə qaranlıqda yanıb-alışan gözləriylə baxıb gülümsünürdü.


Nəhayət zəif səslə:


-Mənim də..-dedi.


-Yataq eləysə-çevrilib yorğanı başına çəkdi-birdə məndən xatirə zad istəmə...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 430 Bölmə: Maraqli Hekayeler