Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedirem Ne Olar, Dayandir Meni

Hələ qalmaq istəyirəm yanında,
Bir söz söylə bir az, yubandır məni,
Qürurunu burax artıq getmə, de,
Gedirəm nə olar dayandır məni.
Getməyimlə bil ki, peşman olaram,
Mən öz həyatıma düşmən olaram,
Sevgi qəfəsində yalnız qalaram,
Gedirəm nə olar dayandır məni.
Mən çox dəyişmişəm belə deyildim,
Yalnış fikirlərdən oyandır məni,
Şeytana aldanıb ona əyildim,
Gedirəm nə olar, dayandır məni.
Bir az təsəlli ver, könlümü ovut,
Əgər sevirsənsə inandır məni.
Son dəfə qucaqla, əllərimi tut,
Gedirəm nə olar, dayandır məni.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Maraqli Hekayeler
loading...