beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyada «internetin düşmənləri»nin siyahısı açıqlanıb

«Sərhədsiz reportyorlar» təşkilatı internetdə söz azadlığının pozulduğu ölkələrin siyahısını açıqlayıb. Siyahıda 12 ölkə var: Birma (Myanma), Vyetnam, Misir, İran, Çin, Kuba, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Suriya, Tunis, Türkmənistan və Özbəkistan. Söz azadlığı müdafiəçilərinin müşahidəsi altında olan 11 ölkə isə bunlardır: Avstraliya, Bəhreyn, Belarus, Zimbabve, Yəmən, Malayziüa, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Şri-Lanka, Eritreya i Cənubi Koreya.
Hesabatda 2008-ci ilin iyunundan arzuolunmaz saytların bağlanması niyyətini açılnayan Belarusa xüsusi diqqət ayrılıb. Bundan başqa, sənəddə bildirilir ki, Türkmənistanda əksər xəbər agentliklərinin və hüquq-müdafiə təşkilatlarının saytlarına maneə törədilir. Özbəkistanda da bir çox internet saytlarına giriş məhdudlaşdırılır.


Tarix: 21.11.2012 / 12:20 Müəllif: [Ram] Baxılıb: 282 Bölmə: Maraqlı melumatlar