beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazı Bu Cür Qılmayın

Bir nefer öz emellerini riyadan heç cür temizleye bilmirdi. Bütün ibadetlerini, savab işlerini qeyri-semimi şekilde, ya kiminse xoşuna gelmek, ya menfeet elde etmek, ya da camaatın gözünde hörmet qazanmaq namine edirdi. Özü de bu xasiyyetden eziyyet çekirdi. Amma ne qeder çalışırdısa, riyakarlıq merezinden qurtula bilmirdi. Bir gün qet etdi ki, hamının nezerinden uzaqda, tenha bir bucaqda ibadet edib Allaha yalvarsın, Allahdan ixlas ve semimiyyet dilesin. Qerara aldı ki, gece şeher kenarında yerleşen, heç kimin gedib- gelmediyi, baxımsız qalmış mescide getsin ve orada sehere kimi ibadetle meşğul olsun. Burada onu narahat edecek, niyyetine xelel getirecek kimse olmamalı idi. Geceyarı heç kime demeden hemin mescide geldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Hemin adam özünü mescide yetirib içeri girdi, düz mehrabın qabağında canamazını yere serib ibadete başladı. Bir azdan qapının cırıltı ile açıldığını eşitdi. Kimse mescide girmişdi. Qapı namaz qılanın arxasında yerleşdiyinden kimin geldiyini göre bilmirdi; bunun üçün namazını pozub qibleden dönmeli idi. Eslinde bu, ona heç lazım da deyildi. Mescidde ondan başqa kiminse olduğunu bilmek kifayet edirdi. Öz- özüne düşündü: “Yeqin ki, bu adam indi menim namazımı seyr edir. Sabah bütün şehere xeber yayılacaq ki, men nece dindar adamam; bu havada, geceyarı, kimsesiz mescidde ibadet edirem. Sabah hamı meni terifleyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqle qılmağa davam etdi. Qiraeti xüsusi belağetle oxuyur, rüku ve secdeleri qesden uzadır, zikr deyib tesbeh çevirir, dua edirdi. Xülase, bildiyi bütün ibadetleri icra etmeye çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşideceyi terifleri düşündükce sevinirdi... Bu minvalla gece keçdi, sübh açıldı. Hava işıqlananda mescidin içerisi de aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün "desgahı" ile qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Mescidin qapısına yaxınlaşanda ne qeder o teref-bu terefe boylandısa da, heç kimi görmedi. Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ile rastlaşdı. Anladı ki, gece mescidin qapısını cırıltı ile iteleyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan mescide penah getiribmiş. Riyakar abid iki eli ile başına vurub dedi: “Men öz namazlarımın niyyetinde insanları Allaha şerik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu mescide geldim. Amma sen deme, bütün gece boyunca Allaha insanı yox, bir heyvanı şerik qoşmuşam”. XVIII esrde yaşamış meşhur alim Seyyid Nemetullah Cezairi bele bir ehvalat neql edir: Bir nefer eşidir ki, eger adamın xalis niyyetle qıldığı iki rüket namaz qebul olsa, o adam cehennem alovundan amanda qalar. Hemin şexs Kufe mescidine gedir ki, orada iki rüket namaz qılsın, bununla da günahlarını bağışlatsın. Mescide daxil olub namaz qılmağa başlayır. Evvelce her şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına bele bir fikir gelir: Bu etrafda yaşayan ve menim kimi seherler iki rüket sübh namazı qılan adamlar göresen yuxudan nece oyanırlar? Axı, bu mescidin minaresi yoxdur ki, müezzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufe mescidi minaresiz idi). Bunun ardınca düşünür ki, eger burada minare tikilse, göresen, onun daşını, qumunu, kecini haradan getirmek olar? Bunun xerci ne qeder olacaq? Başlayır minarenin hündürlüyüne uyğun olaraq, lazım olan daşın, qumun ve sairenin miqdarını hesablamağa. Sonra fehlelerin zehmet haqqısını da bura elave edir. Minareni hansı şekilde tikmeyi, gövdesini hansı naxışlarla bezemeyi, şerefeni (müezzinin durduğu meydançanı) nece hazırlamağı da fikirleşir. Bütün işe serf edilecek vaxtı da müeyyen etmeyi unutmur. Bir de ayılır ki, artıq namazın salamını söyleyib qurtarıb. Öz-özüne deyir: “Men bura namaz qılmaq üçün geldiyimi düşünürdüm, amma sen deme, minare tikmek üçün gelmişem”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 353 Bölmə: Maraqlı melumatlar