beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsnə ki, əsnədəsən...

Əsnəyən adamları görəndə əsnəmək istəyi alimləri çoxdan maraqlandıran sirlərdən biridir. Bəzilərinin dediklərinə görə, əsnəyi görəndə əsnəmək əslində insanların bir-birlərilə əlaqə saxlamalarına imkan verən sosial empatiya növlərindən biridir.

Milli.Az xəbər portalı "Lancet"ə istinadən bildirir ki, insanların "əsnəməyə yoluxma"ları 4-5 yaşda, yəni başqa insanların emosiyalarını interpretasiya etmək bacarıqlarının inkişafı ilə başlanır. Lakin əsnəməyin "yoluxucu" olub-olmamasının səbəbləri hələ də bəlli deyildi.

İtaliyadakı Piza Universitetinin alimləri bu fenomeni araşdırmağa çalışıblar. Onlar Şimali Amerika, Asiya, Afrika və Avropada yaşayan 109 könüllüdə 480 dəfə əsnəmək sindromunu araşdırıblar.

Alınan nəticələr göstərib ki, insanların əsnəməyə reaksiyası müxtəlif qruplar arasındakı mövcud əlaqələrə dəlalət edir. Başqa sözlə desək, əsnəməyin "yoluxuculuq" amili əsnəyənlə bunu eşidən və görən arasındakı əlaqə olub.

Sən demə, ailə üzvləri arasında əsnəmək daha yoluxucudur. Ailə üzvündən kimsə əsnəyən kimi başqa birisi də əsnəməyə başlayıb. Sonrakı yeri dostlar tuturlar. Sadəcə, tanış olanlar arasında hər 8 nəfərdən birində "silsilə əsnəmək" müşahidə olunub.

Bir-birlərini yaxşı tanıyan adamlarla müqayisədə tanış olmayan şəxslər arasında "əsnəmə yoluxması" daha az sürətli olub.


Tarix: 22.08.2012 / 02:40 Müəllif: [Ram] Baxılıb: 619 Bölmə: Maraqlı Məlumatlar