beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günə yumurta ilə başlayan...

Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, ABŞ-dakı Luiziana Universitetinin alimləri yumurtanı aclıq hissinin "təbii düşməni" hesab edirlər.

Alimlər 20 könüllünün cəlb olunduğu eksperiment aparıblar.
Onlara həftə ərzində hər səhər iki yumurta və ya bir qab sıyıq yemək təklif olunub. Kalorilər, karbohidrogenlər, zülallar və yağlar bərabər miqdarda olub.

Nahar vaxtı isə könüllülər nə qədər ac olduqlarını deyiblər, sonra istədikləri qədər yeyiblər və qan analizi veriblər.

Məlum olub ki, səhər saatlarında yumurta yeyən adamlar naharda az yeyirlər. Onların qanlarında aclıq hormonu qrelinin miqdarı az, toxluq hissi yaradan PYY hormonu isə daha çox olub.
Yumurtanın belə xassələri onun tərkibindəki zülalın keyfiyyəti ilə bağlıdır. Yumurtadakı zülal başqa zülallardan daha üstündür.


Tarix: 22.08.2012 / 02:32 Müəllif: [Ram] Baxılıb: 706 Bölmə: Maraqlı Məlumatlar