beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göygöl...
Göygöl...

Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz - dumandı Göy göl.
Tənha qayalara, lal meşələrə
Zülmət gecələrdə hayandı Göy göl.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.
Döşünü qayıqlar düymə tək bəzər,
Dedim bu görkəmlə Xəzörə bənzər –
Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göy göl.
Yel əsdi, yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi...
Buludla ağladı, günəşlə güldü,
Deyəsən bir kövrək insandı Göy göl...


Tarix: 25.05.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Məmməd Araz