beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya sənin dünya mənim
Dünya sənin dünya mənim

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da,qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsənıçıldayır yıxılan,duran:
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Ayaq saxla,dövrənə bax ötəri belə,
Min illərdir Araz belə,Həkəri belə,
Axşamların,səhərlərin təkəri belə,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm.
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…


Tarix: 25.05.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Məmməd Araz