beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dost..
Dost..

Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə,
Mən oz varlığımı, öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə.

Bəzən hamarda da büdrəyir adam,
Oxuyun üzümə nə günahım var.
İttiham etsəniz günah sanaram,
Güzəştə getsəniz, ittiham olar.

Gözümdə, könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə.


Tarix: 25.05.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Məmməd Araz