beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Misir mədəniyyəti

Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır.Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər qalmaqdadır. Misirdə də ilk yazı növü şumerlərdə olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi. Yazı "lövhəsi" düzəltmək məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar.
papirus (papyrus) üzərində e.ə. 1200-ci ildə Ölülər Kitabı bir parçaPapirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər.Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon oxumuşdur.
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan şagirdlər sərbəst və asan yazmağı 5-6 il müddətinə öyrənirdilər. Təlim prosesində şagirdləri müxtəlif şəkildə cəzalandırırdılar.
Baxmayaraq ki, məktəblərdə oxuyanlar var­lıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar.Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: "Uşağın qulaqları belindədir, ancaq döyüldüyü zaman qulaq asır".
Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən istifadə olunurdu.
Bildiyimiz kimi, VII əsrdən başlayaraq ərəb dili yayılmağa başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır,ancaq öz ibadətlərini çipti dilində edirlər.
Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirırdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar.
Əbu Simbəl (Abu Simbel) sərdabəsi,qədim Misir memearlığının şedevri

Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri Osiris haqqında əfsanə bu baxımdan səciyyəvidir.
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai quruluşu müdafiə edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti,xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu nəsihətlərə misal olaraq, "Heraklopol hökmdarı Axtoyun oğlu Merikaya nəsihəti", "I Amenemxetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin kəlamı", "Nefertifm nəsihəti" və s. göstərə bilərik.
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı.
Qədim Misir memarlağlında dinin təsiri aydın hiss olunur.Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur.Buradakı pilləli ehram firon Coserə həsr olunmuşdur. IV sülalə fironlarmdan Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər.Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimləri və s. təsvirlər həkk olunmuşdur.
Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən çox otaq vardır. Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karnak və Luksor) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12 mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5 min kv/m-dən çox imiş.
Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil edirdi. Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur. Əsasən misir allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə insanlara həsr olunmuş heykəllər də var idi.
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-fetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi.Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai
hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi.
Misirin ən qədim dövründə əcdadlara və mərhumlara ibadət mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir.
Kleopatra (cleopatra) qədim rəsmiMisir çariçası Nefertiti (Misir fironu Exnatonun xanımı)

Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər.Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona kainatın allahı kimi sitayiş və ibadət olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara "böyük ev" adı verilmişdi. XVIII sülalə zamanı "firon" sözü artıq hökmdar mənasında işlənirdi.
Dinin bu şəkildə təsirinə baxmayaraq, bu dövrdə insanlarda "bilik" haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab və həndəsə sahəsində sadə biliklərə malik idilər. Biliklər zəruri təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000,1000000 kimi işarələrdən istifadə olunurdu.
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə ki, artıq misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar haqda tərtib etdikləri ilkin xəritədən də görünür. Onlar xüsusi təqvim yaradaraq ili hər bir ayı 30 gündən ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya bərabər olurdu.
Su və günəş saatlarının ixtirası da misirlilərin nailiyyətləri sırasına daxil idi.Təbabət də digər elm sahələrindən geridə qalmırdı. Bəzi xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi.Həkimlər insan anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar.
Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi,iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz mövcudluğunu qorumuş və digər ölkələrə də təsirini göstərmişdir. Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur.

Misir sənətkarları:
►Daşdan müxtəlif aşyalar hazırlayırdılar
►Mis və tuncdan müxtəlif bəzək asyaları və silahlar düzəldirdilər
►Kətandan müxtəlif növ parçalar toxuyurdular
►Qamıs və papirusdan həsir və səbət hörürdülər
►Süsə istehsal edirdilər.
Misirlilər Mesopotamiya və Nubiya ilə geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə sidr ağacə, gümüş, qalay və qullar gətirilirdi.

Misirlilərin dini təsəvvürlərinə görə təbiət hadisələrini allahlar idarə edirlər. Onlar öz al-lahlarını insan bədənli, heyvan və quş başlı təsvir edirdilər. Misir allahlarına aiddir:
►Amon – Baş allah (Amon fironun havadarı hesab olunurdu)
►Qor – Səma və isıq allahı
►Tot –Müdriklik və hesab allahı
►Ra (Xekri) - Günas allahı
►Anubis – Ölüm allahı
►Osiris – Ölən və dirilən təbiət allahı

Misir mədəniyyətinə aiddir:
►e.ə. IV minillikdə heroqliflərin meydana gəlməsi ("müqəddəs işarələr")
►Əfsanələr (Əfsanələrdə əhalinin məişətindən, tanrı və fironların qüd-rətindən bəhs edilir)
►"Osiris haqqında əfsanə"
►Onluq hesablama sistemindən istifadə
►Duzbucaqlı, üçbucaqlı, trapesiya və dairənin sahəsinin müəyyənləşdirilməsi.
►Planetlərin ulduzlardan fərqləndirilməsi
►Ulduzların xəritəsinin çəkilməsi
►Ilin 12 aya bölünməsi (bir il 365 gündən ibarət idi)
►Har ayın 30 günə bölünməsi
►Gecə və gündüzün 24 saata bölünməsi
►Günəş və su saatının ixtira edilməsi
►Heykəltaraşlıq
►Sarqofaqın düzəldilməsi (qızıl maska)
►Təbabətin inkişafı

Misir dövlətinin süqutu
Daxili çakişmələr, yoxsullar və qulların üsyanları Misir dövlətini zəiflətdi. e.ə. 525-ci ildə Iran sahı II Kambiz Pelusiya döyüşündə Fanesin xəyanətindən istifadə edərək qələbə qazandı və Misir dövlətinə son qoydu.


Tarix: 08.12.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)