beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Element və birləşmələr

Eyni növ atomlardan əmələ gələn saf maddəyə element deyilir. Metal, qeyri metal və təsirsiz qazlar elementdir.
Elementlərin xassələri:
Homogendir (xassələri hər yerdə eynidir).
Sabit ərimə və qaynama temperaturuna malikdir.
ən kiçik hissəciyi atomdur.
Kimyəvi və fiziki üsullarla daha bəsid maddələrə ayrılmır.
Tək atomlu (Al) və ya molekul (N2) halında olur.
Müəyyən simvollarla göstərilir. Latınca adlarının ilk hərfləri simvol kimi istifadə olunur.

İki və daha çox elementin bir-biri ilə xassələrini dəyişərək əmələ gətirdiyi yeni saf maddəyə birləşmə deyilir.
Birləşmələrin xassələri:
Homogendir
Sabit ərimə və qaynama temperaturu var.
Müxtəlif növ element atomlarından əmələ gəlir. Bu elementlərin kimyəvi xassələri dəyişir.
Yalnız kimyəvi üsullarla tərkib hissələrinə ayrılır.
Birləşmələri əmələ gətirən element atomları sabit kütlə nisbətində birləşir.
ən kiçik hissəciyi molekuldur.
Kimyəvi formullarla göstərilir.


Tarix: 08.12.2014 / 13:33 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Kimya