beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KimyaMaddələrin təsnifatı və xassələri

Təbiət elmlərindən biri olan Kimya — maddələr və onların çevrilmələri haqqında elmdir.
Kimyada maddələrin tərkibi, quruluşu, xassələri, kimyəvi çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan proseslər öyrənilir. Ətrafımızda müxtəlif cisimlər maddələrdən əmələ gəlmişdir. Hər bir maddə müəyyən kütlə və həcmə malikdir.
Məddələri bir-birindən fərqləndirən və onların oxşar cəhətlərini müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
Əsasən maddələrin iki xassəsini ayırd edirlər:
I Fiziki xassələri — aqreqat halı, rəngi, sıxlığı, ərimə və qaynama temperaturu, istilik keçirməsi, elektrik keçirməsi, iyi, dadı, suda həll olması və.s.
II Kimyəvi xassələri — başqa maddəyə çevrilməsi, digər maddələrlə qarşılıqlı təsirdə olması.

Maddələrin təsnifatı

Maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar:
Aqreqat halına görə: Ardı »

KimyaElement və birləşmələr

Eyni növ atomlardan əmələ gələn saf maddəyə element deyilir. Metal, qeyri metal və təsirsiz qazlar elementdir.
Elementlərin xassələri:
Homogendir (xassələri hər yerdə eynidir).
Sabit ərimə və qaynama temperaturuna malikdir.
ən kiçik hissəciyi atomdur.
Kimyəvi və fiziki üsullarla daha bəsid maddələrə ayrılmır.
Tək atomlu (Al) və ya molekul (N2) halında olur.
Müəyyən simvollarla göstərilir. Latınca adlarının ilk hərfləri simvol kimi istifadə olunur.

İki və daha çox elementin bir-biri ilə xassələrini dəyişərək əmələ gətirdiyi yeni saf maddəyə birləşmə deyilir.
Birləşmələrin xassələri:
Homogendir
Sabit ərimə və qaynama temperaturu var.
Müxtəlif növ element atomlarından əmələ gəlir. Bu elementlərin kimyəvi xassələri dəyişir.
Yalnız kimyəvi üsullarla tərkib hissələrinə ayrılır.
Birləşmələri əmələ gətirən element atomları sabit kütlə nisbətində birləşir.
ən kiçik hissəciyi molekuldur.
Kimyəvi Ardı »

KimyaNeft necə yaranır?

Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla - heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə Ardı »

KimyaAtomun quruluşu

Elementin kimyəvi xassələrini özündə daşıyan ən kiçik hissəciyi atom adlanır.

Hissəciyin yükü və kütləsini aşağıdakı kimi göstərmək olar:


Proton sayı elementin dövri sistem cədvəlindəki yerini və nüvənin müsbət yükünü müəyyən edir:
Proton sayı = Nüvə yükü = Sıra nömrəsi

13Al elementi üçün:
Proton sayı =13
Nüvə yükü =13
Sıra nömrəsi =13 kimidir.
Ø Atomun kütlə ədədi – A, proton və neytron sayı arasında əlaqə belədir:
A=Proton sayı + Neytron sayı
Ø Neytral atomda proton və elektron sayı bərabərdir:
proton sayı = elektron sayı

Deməli:
– atomu üçün:
Proton sayı Ardı »

KimyaDövri qanun

Dövri qanun aşağıdakı kimi ifadə olunur:
Kimyəvi elementlərin, eləcə də onların əmələ gətordiyi bəsid və mürəkkəb maddələrin forma və xassələri atomların nüvə yükünün artmasından dövri surətdə asılıdır.
Dövri qanunun qrafik təsviri dövri sistem cədvəli adlanır.

Dövri sistem cədvəli:
dövrlərdən – üfiqi yerləşmiş sıralardan və
qruplardan – şaquli yerləşmiş sütunlardan ibarətdir.
Dövrlər sıralara, qruplar isə əsas (A) və əlavə (B) yarımqruplara bölünür.
Cədvəlin qısa və uzun forması var.
Qısa formada:
7 dövr
10 sıra
8 qrup
I, II, və III dövrlər kiçik, qalan dövrlər isə böyük dövrlər adlanır. Ardı »

Kimyaİon, İzotop, İzoton, İzobar, İzoelektron

(+) və (–) atom və ya atom qruplarına ion deyilir.

Ø Atom elektron verdikdə (+) yüklü ion əmələ gəlir – kation adlanır.

+n ionun yüküdür.

Ø Atom elektron aldıqda (–) yüklü ion əmələ gəlir – anion adlanır.

– m ionun yüküdür.

İzotop

Nüvə yükü – proton sayı eyni, kütlə ədədi fərqli olan atom növləri izotop adlanır.

bir-birinin izotopudur.

Ø İzotop atomların kimyəvi xassələri eyni, fiziki xassələri müxtəlifdir.


İzoton

Neytron cayı eyni, nüvəsinin yükü və kütlə ədədi fərqli olan atomlara izoton atomlar deyilir.

atomlarının hər ikisində 16 neytron olub izoton atomlardır.

İzobar

Atom kütləsi eyni, proton və neytronların cayı fərqli olan Ardı »

KimyaQarışıqlar

İki və daha çox qarışıq maddənin kimyəvi xassələrini itirmədən əmələ gətirdiyi sistem qarışıq adlanır.
Eynicinsli qarışıqlar
Xassələri hər yerdə eyni olan qarışıqlardır. Tərkibindəki hissəciklər gözlə və ya optik cihazlarla görünmür. Buraya daxildir:
Məhlullar (şəkərin suda məhlulu)
Ərintilər (bürünc, polad, çuqun)
Qaz qarışıqları (hava, tüstü)

Müxtəlifcinsli qarışıqlar

Xassələri hər yerdə eyni olmayan və tək bir maddə kimi görünməyən qarışıqlardır. Buraya daxildir:
Suspenziya: bərk-maye qarışığıdır. Təbaşir tozu-su kimi
Emulsiya: maye-maye qarışığıdır. Maye yağ-su, süd və s. kimi.

Qarışıqların xassələri:
Tərkibindəki maddələrin xassələri dəyişmir.
Fiziki üsullarla tərkib hissələrinə ayrəlır.
Ərimə və qaynama temperaturları sabit deyil.
Formulları yoxdur.
Tərkibi sabit deyil.

Eynicinsli qarışıqları ayırmaq üçün:
Buxarlandırma
Kristallaşdırma
Distillə
Xromotoqrafiya kimi üsullardan istifadə edilir.

Müxtəlifcinsli qarışıqları ayırmaq üçün:
Durultma
Süzmə
Maqnitlə təsir etmə üsullarından istifadə edilir. Ardı »

KimyaFiziki və kimyəvi hadisələr

Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir.
Bu zaman maddənin yalnız aqreqat halı və ya forması dəyişir.
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnən hadisələr kimyəvi hadisələr adlanır. Bu zaman başlanqıc maddədən yeni maddələr əmələ gəlir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir. Kimyəvi reaksiyaları bəzi xarici əlamətlərinə görə təyin etmək olar:
Rəng dəyişməsi
Çöküntü alınması
Qöxunun əmələ gəlməsi
Qaz əmələ gəlməsi

Kimyəvi hadisələr həmişə fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması zamanı karbon qazı və suyun əmələ gəlməsi (kimyəvi hadisə) ilə yanaşı işıq və istilik ayrılır (fiziki hadisə). Ardı »

KimyaMəhlullar

Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə dispers sistem deyilir. Paylanan maddə dispers faza, mühit isə dispers mühit adlanır
Aqreqat halına görə məhlullar maye, bərk, qaz halıda olurlar. Məsələn: duzların suda məhlulu, mis ilə nikelin ərintisi,qaz qarışığı məhluldur.
Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür.Təbii sular,qan,limfa və fizioloji mayelər məhluldur;qidanın mənimsənilməsi onun məhlula keçməsi nəticəsində mümkün olur;kimyəvi çevrilmələrin çoxu mühiti maye olan müxtəlif məhlullarla bağlıdır.Həll olan maddə və həlledici eyni aqreqat halında olduqda çoxluq təşkil edən maddə həlledici hesab edilir.
Həqiqi məhlullardan əsas xüsusiyətlərindən biri odur ki,onlar həllolan maddə ilə Ardı »

KimyaHidrogen

Bir Şeydən Hər Şey: Hidrogen

“Hidrogen”, eyni Ərəb dilindəki qarşılığı olan “muvellidul-ma” (su meydana gətirən) kimi Yunan dilində də “su əmələ gətirən” mənasını verir (“su” mənasına gələn “hydro”, “əmələ gətirən” mənasında “genes”). İlk dəfə 1776-cı ildə Henri Kavendiş tərəfindən izolyasiya edilən, 1784-cü ildə su buxarını qızdırılmış metal üzərindən keçirərək hidrogen və oksigenə ayıran Anton Laurent de Lavoiser tərəfindən adlandırılan hidrogen; Kainatda ən çox və ən yayğın olan elementdir. Digər bütün elementlər başlanğıcdakı hidrogenin üzərinə bina edilən digər elementlərdən yaradılmışdır. Bu günkü məlumatımıza görə hidrogen kainatdakı bütün atomların %90-dən çoxunu və ümumi kütlənin dörddə üçünü təşkil edir. Ulduzları əmələ gətirən əsas elementdir. Günəşdəki Ardı »