beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək xəstələri isti havalarda nə etməlidir?

Bildiyimiz kimi artıq yavaş-yavaş isti yay günləri özünü göstərir. Mütəxəssislər isti havaların ən çox ürək xəstələrinə mənfi təsir etdiyini bildirir isti hava şəraitində sağlıq müəssələrinə müraciət edənlərin çox hissəsinin ürək xəstələri olduğu bildirilir. Həkimlər ürək xəstələrinin isti hava şəraitində ilkin olaraq qidalanmalarında bəzi dəyişikliklər etməli olduğunu yağlı yeməklərdən uzaq olmağı bunun yerinə isə daha çox meyvə tərəvəz kimi qida məhsullarına üstünlük verməyin faydalı olacağını vurğulayırlar.
Ürək dəqiqədə 60-80 dəfə vuran və gündə 8 - 10 min litr qan dövr edən bir mexanizmə malikdir. Bu mexanizmin normal işləməsi üçün ürək və damar sisteminin açıq olması lazımdır. Bunun üçün isə müntəzəm idman və düzgün qidalanma əsas şərtlərdəndir. İsti havalarda ürək xəstələrinin aşağıdakı qida məhsullarından istifadəsi məsləhət görülür.

• Bitki yağları
• Toyuq və balıq
• Nar, badam, qoz və fındıq kimi ürəyə xeyirli meyvələr
• Sarımsaq
• Qırmızı çaxır


Tarix: 16.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Kardiologiya