beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keşiş görmək

Dua oxuyan əzəmətli keşiş görmək Allaha üz tutmaq və öz günahlarınıza görə bağışlanmaq diləməyin vaxtı çatması deməkdir. Yuxuda keşişin sizə xeyir-dua verməsi yaxın vaxtlarda nüfuzlu şəxsdən dəstək alacağınız deməkdir. Bəzən belə yuxu bütün işlərinizdə uğurdan xəbər verir. Yuxuda özünün keşiş rütbəsində görmək o deməkdir ki, siz Yer üzünə insanlara yaxşılıq etmək üçün gəlmisiniz. Sizin alnınıza kilsədə qulluq etmək yazılıb. Katolik keşişi görmək o deməkdir ki, gələcəkdə sizi dəyişikliklər gözləyir. Ola bilsin ki,siz çətin seçim etməli və ya çətin qərar qəbul etməli olacaqsınız. Yuxuda keşişin sizə kəbin kəsdiyini görmək sizi həyatda sevdiyiniz adamla xoşbəxt, sakiyt həyat gözləyir. Keşişə tövbə etmək yaxın vaxtlarda çox çətin vəzəiyyətə düşəcəyinizdən xəbər verir. Ondan yalnız o halda vəziyyətdən çıxa bilərsiniz ki, öz nüfuzlu tanışınızın xidmətindən yararlanasınız. O, sizə kömək göstərməzdən əvvəl baş verənlərin izah olunmasını tələb edəcək, siz bu barədə xeyli fikirləşəcəksiniz.


Tarix: 02.04.2014 / 12:30 Müəllif: Ebulfez Baxılıb: 110 Bölmə: K hərfi