beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KƏND

Yuxuda kənd görmək-zülmü, ölüm-itimi ifadə edir. Röyada qurulu, abad bir kəndə girdiyini görən adam bir kimsəylə qovğaya girişəcək və ya onu öldürəcək. Kənddən bir itin getdiyini görmək-yüksək pul müqabilində əskik bir işi gözəl sayıb, sonra peşman olmağa yozulur. Xaraba və torpaqları əkin-biçinsiz kənd görmək-o kəndin camaatı pis yoldadır. Barlı-bərəli, firəvan yerlər isə-dinin sağlamlığına və tövbəyə işarədir. Sel və ya yanğın fəlakətinə uğramış kəndliləri yuxuda görmək-o kəndin camaatı dövlət rəhbərinin zülmünə məruz qalacaq. Kənddən çıxıb şəhərə getdiyini görən adam sıxıntılardan qurtularaq rahatlığa, qorxudan əmniyyətə qovuçacaq. Bir şəhərdən kəndə getmək isə-rahatlıqdan sıxıntıya və məşəqqətə düşüləcəyinə yozulur. Röyada görülən kənd qarışqa yuvasını, qarışqa yuvası da kəndi ifadə edir.


Tarix: 13.03.2014 / 17:22 Müəllif: Ebulfez Baxılıb: 94 Bölmə: K hərfi