Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqələrlə məşğul olan zaman aşağıdakı vacib

1) Bunu Allah rızası üçün etmək. Özünü və zövcəsini haram şeylərdən qorumaq üçün etmək, müsəlman ümmətini və onun statusunu artırmaq üçün etmək, çünki müsəlmanların sayının çox olması fəxr və şərəfdir. Həmçinin buna görə savab da var. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Cinsi əlaqələrdə hər biriniz üçün savab var (mənası odur ki, kim ki zövcəsi ilə cinsi əlaqədədirsə, bunda ona savab var)". Səhabələr soruşdular: "Ya Peyğəmbər, biz öz istəyimizi boşaltdıqda, bizə savab yazılır?". Peyğəmbər (s.ə.s) cavab verdi: "Məgər sən bilmirsən ki, əgər o bunu haram yolla edərsə, cəzalanar? Ona görə də, o bunu halal yolla edir və buna görə savab qazanır" (Səhih Müslim).

2) Cinsi əlaqələr xoş sözlərlə, oynaşmaqla, oxşatmaqla və öpüşlərlə başlanılmalıdır. Peyğəmbər (s.ə.s) zövcələrini oxşatmış, onlarla oynamış və onları öpmüşdür.

3) Hər iki tərəf öz bədənlərinə baxa bilər, bunda məhdudiyyət yoxdur. Hər iki tərəf öz bədənlərinin hansı hissəsindən istəyərsə zövq ala bilər, lakin qadının anus (arxa tərəf) yerindən başqa.

4) Kişi zövcəsi ilə cinsi əlaqəyə başlayarkən bunları deməlidir "Bismilləh, Allahummə cənnibnə əş-şeytan və cənnib əş-şeytan mə rəzaqtənə" (Allahın adı ilə, Allahım, bizi şeytandan uzaq elə. Şeytanı bizdən törənənlərdən uzaq elə”. Peyğəmbər (s.ə.s) demişdir: “Bu duanı oxuyan kimsəyə Allah uşaq verərsə, şeytan ona heç bir zərər yetirə bilməz”. (Səhih Buxari).

5) Kişi öz zövcəsi ilə cinsiyyət üzvündən olmaq şərtilə istədiyi şəkildə cinsi əlaqədə ola bilər.
(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda və istədiyiniz şəkildə öz tarlanıza gəlin!" (əl-Bəqərə, 223). “Hansı şəkildə”-yəni üz üstə, arxası üstə, yan üstə və s. vəziyyətlərdə. Hansı vəziyyətdə olursa-olsun, əlaqə cinsiyyət üzvündən olmalıdır.

6) Ərin öz zövcəsi ilə anusdan (arxa dəlikdən) cinsi əlaqədə olması icazəli deyildir, bu haramdır. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Zövcəsi ilə anusdan cinsi əlaqədə olanlara Allah lənət etmişdir" (Əl-Əlbani tərəfindən səhih sayılmışdır, ədəb əl-Zifaf).

7) Əgər kişi zövcəsi ilə cinsi əlaqədən sonra ikinci dəfə cinsi əlaqədə olmaq istəyərsə, onda o, dəstəmaz etməlidir, çünki Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Biriniz zövcəsi ilə əlaqədə olub, sonra bir daha onu təkrarlamaq istədikdə, bu iki dəfə arasında dəstəmaz alsın, çünki bu onun üçün daha da oyadıcıdır" (Səhih Müslim). Bu müstəhəbdir, vacib deyildir. Əgər onun qüsl etməyə imkanı varsa, onda bu daha yaxşıdır


Tarix: 19.11.2013 / 02:15 Müəllif: Akhundoff Baxılıb: 859 Bölmə: Islamda Cinsellik
loading...