beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqənin ədəbi

İslam bizə hər şeyi öyrədir və bütün bəşəriyyətə onların yaşayışı, dini barədə gözəl təlim gətirmişdir, çünki bu Allahın dinidir, Ona həmd olsun.

Cinsi əlaqələr həyatın vacib məsələlərindən biridir ki, islam onu izah etməyə gəlib və onu necə icra etməyi və qaydaları bizə öyrədir. İslam bunu pak niyyətlə, zikrlərlə əlaqələndirir və onu ibadət dərəcəsinə qədər yüksəldir. Həmçinin buna görə müsəlmanlar mükafatlanacaqlar. Peyğəmbərin (s.ə.s) sünnəsi bunu izah edir. İbn Qeyyim (rhm) "Zədul Məad" kitabında deyir: "Cinsi əlaqələr 3 əsas məqsədə görə yaradılmışdır:

1) İnsan nəslinin artırılması və saxlanılması üçün. İnsanlar Allahın qərar verdiyi saya çatıncaya qədər bu dünyada yaradılacaq.
2) Bədəndə qalmış, ona zərər vermək ehtimalı olan spermanın (mən) çıxardılması üçün.
3) Fiziki istəyi boşaltmaq və fiziki ləzzətdən zövq almaq üçün.

Ən yaxşı həkimlər qeyd edirlər ki, cinsi əlaqələr sağlamlığı qorumaq üçün vasitələrdən biridir".
İbn Qeyyim (rhm) yenə deyir: "Cinsi əlaqələrin faydalarından biri də odur ki, nəzərləri haram şeylərdən çəkindirmək imkanı verir, özünü idarə etmə bacarığı verir. Bunlar həmçinin qadınlara da aiddir. Cinsi əlaqələr kişilərə və qadınlara bu dünyada və Axirətdə fayda verir. Ona görə də Peyğəmbər (s.ə.s) öz zövcələri ilə cinsi əlaqələrdən ləzzət almış və demişdir: "Bu dünyada ətir və qadın mənim üçün əziz edildi" (Əhməd, 3/128; əl-Nəsai; Hakim tərəfindən səhih sayılmışdır).
Peyğəmbər (s.ə.s) demişdir: "Ey cavanlar, aranızda kim evlənə bilərsə, evlənsin, çünki bu nəzərləri haram şeylərdən çəkindirər və isməti qoruyar. Əgər kimsə bunu edə bilmirsə, onda oruc tutsun" (Səhih Buxari və Müslim) (İbn Qeyyim, Tibb əl-Nəbəvi).


Tarix: 19.11.2013 / 02:15 Müəllif: Akhundoff Baxılıb: 364 Bölmə: Islamda Cinsellik