beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenidoğulmuş körpənin refleksləri ...

Körpələrin yeni gəldikləri bu dünyaya uyğunlaşa bilmələrinin daha asan olması üçün bir çox refleksə sahibdir. Həyatlarını davam etdirə bilmələri üçün bunlar şərtdir. Bu reflekslər müəyyən bir xəbərdarlığa cavab olaraq qeyri-iradi meydana gəlirlər. Bir qrup reflekslər qidalanma ilə əlaqəli olanlardır. Anasının süd vəzisinin yanağına toxunmasıyla başını çevirmə, əmmə və udma refleksləridir. Bundan əlavə müdafiə refleksləridir,bir təhlükə hgiss etdiyi anda diksinmə,göz qırpma,"qaçma refleksi"(ayaqları ilə "qaçış hərəkətləri" etmə )vəs.Xəstəxanadan çıxmadan əvvəl körpənin bütün bu reflekslərə sahib olub olmadığı çox yaxşı araşdırılmalıdır. Əgər hansısa refleks zəifdirsə,Yaxud yoxdursa bu ona müvafiq sitemin funksional pozğunluğu ilə əlaqəli olr.Bütün bu reflekslərin özünəməxsus yaranma və itmə vaxtları mövcuddur.
Diksinmə refleksi:

Körpənin ani səslər və sərt reaksiyalar qarşısında göstərdiyi bir qorxu vəziyyətidir, diksinən yenidoğulmuş başını arxaya çəkər, qollarını yana doğru açar. Sonra tez qollarını sinəsinə doğru çəkər və bədənini bükər. Bu refleks, körpə üç dörd aylıq olduğunda keçib gedər. Vaxtından əvvəl doğulmuş körpələrdə ilk günlər müşahidə olunmaya bilər.




Tutma Refleksi:
Yenidoğulmuş körpənin əlinin içinə barmağınızı yaxınlaşdırsanız barmağınızı möhkəmcə qavrayar. Bu refleks 4 ayından sonra sönür,yerinə isə iradi şəkildə tutma keçir.


Axtarma refleksi:

Bu ən fundamental instinktlərindən biridir və döşünüzü tapıb əmməsinə köməkçi olur. Əgər yanağını
oxşasanız ya da barmağınızla toxunsanız başını barmağınıza doğru çevirib ağızını açacaq. Üst dodağının ortasına

toxunduğunuzda isə ağızını açar.



Əmmə refleklsi:

Bu refleks körpədə yaranan ilk reflekslərdən biridir.Hətta ana bətnində olduğu zamanda da,USM müayinəsində,barmağını sorduğunun şahidi ola bilərsiniz.Doğulduqdan sonra isə,bu məharətini daha da mükəmməlləşdirir.Kifayət edər ki,ağzına barmağınızı,əmziyi,yaxud döş ucunu yaxınlaşdırasınız,həmin anda o əmməyə başlayacaq.Bu refleks bir yaşdan sonra da hələ bir müddət qala bilər.





Yerimə Refleksi:
Körpənizin qoltuq altından tutaraq sərt zəminə ayaq üstə qoyanda, sanki yeriyirmiş kimi ayaqlarını hərəkət etdirəcək. Bu refleks 3 və ya 6 həftə ərzində ortadan qalxar və körpənizin yeriməyi öyrənməsinə hər hansı bir təsiri yoxdur.

Sürünmə Refleksi:
Körpənizi üzüstə yatırtdığınızda, avtomatik olaraq sağrısını qaldırıb dizlərini qarınına doğru çəkərək iməkləmə mövqeyi alar. Ayaqlarını sürünürmüş kimi irəli geri oynada bilər. Bir barmağınızla təkan verməyiniz yetər ki,körpə öz əvvəlki vəziyyəti ilə müqayisədə bir qədər önə sürünmüş olsun.Ayaqlarını düz açıb yata bilməyə başlayanda, bu refleks də ortadan qalxacaq.




Ayaq barmaqları büküb-açmaq refleksi:Barmağınızla ayağının altına toxundurduqda,ayaq barmaqlarını bükməlidir.Bu refleks,3-cü ayın sonuna yaxın itir.Barmağınızı pəncənin bayır səthinə sürtükdə,yaxud dabanını yüngülvari sıxdıqda,ayaq barmaqlarını yelpik kimi açmalıdır.Bu avtomatizm 5 ayında keçib gedir.Uşaqınız əklsər vaxtı ayaq barmaqlarını düzləşdirir?Həkimlər bunu Babinski refleksi adlandırır,bəzən bu müçahidə olmaya da bilər.


Tarix: 06.12.2012 / 11:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 607 Bölmə: Hamiləlik