beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızı əmizdirərkən və yemək yedizdirərkən nə etməli?

1. Əmizdirmədən əvvəl döşünüzü qaynadılmış su ilə silin.

2. Uşaq südü əməndən sonra ağzında süd qalıqları qalır və buda uşağın ağız yaralarına səbəb olur. Bunun baş verməməsi üçün qaynadılmış suya azacıq karbonat töküb qarışdırın. Kiçik barmağınıza marli sarıyıb həmin suya batırın. Sonra uşağın damağını zədələmədən asta-asta silin.

3. Uşağı əmizdirərkən uzanmayın, yatmayın. Döşünüz uşağı boğa bilər. Əgər gecə uşağı əmizdirməli olsanız saatınızı qurun 5 dəqiqədən bir çalsın ki, yatsanız oyatsın.
4. Əgər uşağınız yatıbsa və südünüz çoxdursa, süd sağanla südünüzü sağın. Bu süd otaq havasında 8gün, soyuducuda 2həftə, dondurucuda 4ay saxlanıla bilər. Saxlanılmış ana südünü qaynar suyun içində saxlayaraq ilıq edin, birbaşa qaynatmaq olmaz
Əmizdirmə üçün tək bir ideal mövqe yoxdur yəni ana eyni zamanda fərqli səfərlərdə mövqe dəyişdirərək o anda ən rahat mövqeni istifadə etməlidir. Ən məşhur mövqe ananın oturarkən uşağı qollarının arasına götürdüyü mövqedir. Kürəyi söykəmənin kürək əzələlərini istirahət etdirmə üstünlüyü vardır. Bu əzələlərin sıxılması zamanla ağrılara yol aça bilər.
6 ay müddətində körpəni əmizdirmək mütləqdi, 6 aydan sonra uşaq doymursa yeməyə keçmək olar.

Təzə yeməyə düşən uşağa hər gün ayrı yeməklər yox, hər həftə ayrı yemək vermək lazımdı. Yəni 1 həftə düyü supu, 2-ci həftə tərəvəz supu beləcə davam etməlidi. Çünki uşaq yeməyi yaxşı həzm etməli və dadını yaxşı anlamalıdı. Dəyişik yeməkləri uşaq tam həzm edə bilmir. Əgər verilən yməkdən sonra uşaq bayıra çıxmaqda problem yaşayarsa derhal yeməyi kəsin.
Körpəniz hansı ayda doğulubsa, o ayda yetişən tərəvəzləri yeməyə qatın.

Uşağınız 1yaşında olanda mütləq göz həkiminə aparın.


Tarix: 25.11.2012 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Hamiləlik